Gerçəkliyin dərk olunmasının növbəti mərhələsi hökmdür. Mücərrəd təfəkkürün ikinci əsas forması olan hökm zamanı şeylər və proseslər barədə rəy bildirilir, hökm verilir. Hökm vasitəsilə anlayışlar arasındakı əlaqələr haqqında nəsə ya təsdiq edilir, ya da rədd edilir. Beləliklə, hökm anlayışlar arasında əlaqələrdən ibarətdir.
Məsələn, “Sərçə yırtıcı quş deyil”, “O idmançı sürətlə qaça bilir” və s.
Hökmdə fikrin predmetini göstərən anlayışa hökmün subyekti deyilir. Həmin predmet barədə xəbər verən anlayış isə hökmün predikatı adlanır.
Məsələn, “Əli həkimdir” hökmündə “Əli” hökmün subyekti, “həkim” isə predikatıdır.
Təsdiq edən hökmə iqrari, inkar edən hökmə isə inkari hökm deyilir.
No comments:
Post a Comment