Friday, July 5, 2013

İstedad - kamil iqtisadi davranışın səbəbi və nəticəsi kimi


Mövzuya giriş üçün burada istifadə olunan əsas məfhum kimi “istedad” anlayışına tərif verək:

İstedad - əqli potensialın istifadə olunan və ya oluna bilən hissəsidir. Bu anlayışı “savad”, “bilik”, “bacarıq” anlayışlarının sinonimi kimi qəbul edirik.

İqtisadi davranışlar müstəvisində “istedad” dedikdə iqtisadi subyektin malik olduğu bacarıqlar çoxluğunu nəzərdə tuturuq ki, məhz bunun vasitəsilə o, ətraf aləmi müəyyən məhdudiyyətdə dərk edərək onu həmin məhdudiyyətdə özünün, yaxud başqasının mənafeyi naminə dəyişmək imkanına malikdir.

“Təhsil”, “təlim” anlayışları isə istedad imkanlarının genişləndirilməsi deməkdir. Təsadüfi deyil ki, burada istedad imkanlarının, məhz, genişləndirilməsini qeyd edirik. Çünki, təhsil və ya təlim istedad imkanlarını böyüdür, böyümə isə hələ birmənalı şəkildə yaxşılaşma və təkmilləşmə demək deyildir.

Mikroiqtisadi səviyyədə iqtisadi davranışların birinci fazası olan iqtisadi resurslardan biri də istehsal vasitələri – kapital, torpaq, vaxt resursu ilə yanaşı məhz “istedad”dır.

Yuxarıda qeyd etdiyimiz kimi, əgər davranış iqtisadi platformada baş verirsə onda iqtisadi subyekt (fərd və ya firma) məhz bunun vasitəsilə iqtisadi prosesləri müəyyən məhdudiyyətdə dərk edərək həmin məhdudiyyətdə özünün, yaxud başqasının mənafeyi naminə onu dəyişir. Beləliklə, iqtisadi resurslarla yeni iqtisadi dəyərin yaradılması hadisəsi baş verir.

 Ardı var...

Ağanemət Ağayev

No comments:

Post a Comment