Wednesday, July 17, 2013

Rasional seçim nəzəriyyəsi haqqında - ardı

Adətən “rasionallıq” anlayışı “şüurlu”, yaxud “açıq, məntiqi təfəkkür” mənalarını ifadə edir.

Rasional seçim nəzəriyyəsi “rasionallıq” anlayışına məxsusi və dar mənalı tərif verərək, onu fərdin özünün şəxsi faydalılığını maksimallaşdırmaq məqsədilə davranışında özünün xərclərini (itkilərini) və qazancını (mənfəətini) balanslaşdırması kimi izah edir.

Beləliklə, Rasional seçim nəzəriyyəsi “rasionallıq” anlayışını sözün ümumi danışıq və fəlsəfi mənalarında fərqli şəkildə qəbul edir.

Rasional seçim nəzəriyyəsində istər məntiqsiz, kor-koranə, istərsə də məntiqli, şüurlu qərarlar (qərar qəbuletmələr) “rasional” proses kimi qəbul edilə bilər.

Beləliklə, rasionallıq fərdi seçimdən çox seçim nümumnələrinin (variantlarının) çoxluğu kimi başa düşülür. Birinci seçimdə ətə nisbətən balığa üstünlük verməkdə heç bir irrasionallıq (qeyri-rasionallıq) yoxdur, fəqət, mütəmadi olaraq gah balığa, gah da ətə üstünlük verməkdə irrasionallıq ola bilər.

Rasional seçim nəzəriyyəsi paradiqması əsasında aparılan işlərdə insanın motivasiyasının mənbəyi, təbiəti, qanuniliyi (biz nəyisə niyə xoşlayırıq) araşdırılmır. Lakin, bu nəzəriyyə davranışın və üstünlük vermənin bioloji, psixoloji, sosioloji, mənəvi və etik köklərini verilən kimi əbul edir və bu amilləri təsbiti amillər kimi nəzəri şəklə salır.

 Qeyd: Məqalədə qismən Wikipedia-nın materiallarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

No comments:

Post a Comment