Thursday, July 25, 2013

Rasional seçim nəzəriyyəsinə nümunələr


Rasional seçim ən çox faydalılığın əldə edilməsinə imkan verən seçim hüququdur (imkanıdır).


Nümunə 1

Seçim A: Film seyr etmək sənə nəticə etibarilə 5 vahid fayda verir.
Seçim B: Konsertə getmək sənə nəticə etibarilə 10 vahid fayda verir. Nə qədər ki, 10 5-dən böyükdür, sən ikinci seçimə (B seçiminə) üstünlük verəcəksən.


Nümunə 2

Seçim A: Sən 30 000 dəyərində A motosikletini alırsan. O, çox yaxşı görünüşə malikdir, lakin, hər vahid istismar saatı üçün 2 vahid texniki qulluq tələb edir.
Seçim B: Sən 10 000 dəyərində B motosikletini alırsan. O, çox yaxşı görünüşə malik deyil, əsasən plastik kütlədən hazırlanmışdır, lakin yaxşı şütüyür, sabit texniki qulluq tələb etmir.


Bu halda istənilən seçim rasionaldır, lakin bu, faydalılıq meyarlarından asılıdır.

 
İstinad: http://answers.yahoo.com-un bəzi materiallarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

No comments:

Post a Comment