Monday, July 15, 2013

Rasional seçim nəzəriyyəsi haqqında


Rasional seçim nəzəriyyəsi (yaxud Rasional davranış nəzəriyyəsi və ya Seçim nəzəriyyəsi) sosial və iqtisadi davranışın öyrənilməsinə, həmçinin modelləşdirilməsinə xidmət edən nəzəri çərçivədir.

Eyni zamanda, Rasional seçim nəzəriyyəsi əsasən bir sıra müasir siyasət elmlərində, sosiologiyada və fəlsəfədə istifadə olunur.

Bu nəzəriyyədə “yaxşıdan azını istməkdənsə, çoxunu istəmək” kimi izah olunan rasionallıq məsələsi başlıca olaraq iqtisadi sistemlərdə (mikroiqtisadi modellərdə və təhlillərdə) fərdlərin davranışı ilə bağlı fərziyyələr şəklində öyrənilir, həmçinin iqtisadi ədəbiyyatlarda bu məsələyə daha çox insanların qərarvermə prosesinin yönləndirilməsi kimi baxılır.

Bu, şüurlu məqsədə çatmaqdan ötrü xərc-fayda düşüncəsini ehtiva edən instrumental rasionallığa “daha çox istəmək” məsələsini əlavə edir.

1992-ci ildə iqtisadiyyat elmində rasionallıq nəzəriyyəsinin ayrıseçkilik, cinayət və insan kapitalı məsələlərində istifadəsi ilə bağlı Nobel mükafatına layiq görülmüş Amerika iqtisadçısı Gary Stanley Becker (doğumu 2 dekabr 1930) rasionalıq modellərinin geniş tətbiqinin qabaqcıl tərəfdarlarından olmuşdur.

 
Qeyd: Məqalədə qismən Wikipedia-nın materiallarından istifadə olunmuşdur.
Ağanemət Ağayev

No comments:

Post a Comment