Friday, February 7, 2014

İmam Əlinin iqtisadi məktəbi (11)

O yazır:
“… cəmiyyətdə hər bir sosial qrupun sərvətinin həcmi həm fərdi, həm də toplum şəklində başqa sosial qrupların rifah səviyyəsi ilə qarşılıqlı asılılığa malikdir. Bir social qrup başqa bir qrupun müsbət münasibəti və dəstəyi olmadan firavan, məmnun yaşaya, fəaliyyət göstərə bilməz.”

İmam Əli (ə.s.) ordunun saxlanılması kontekstində vergiqoymanın zəruriliyindən söz açır:
“Ordunun saxlanılması Allah tərəfindən ayrılmış pay qədərində dövlət tərəfindən vergilərin yığılmasından bilavasitə asılıdır. Yığılan bu məbləğlə onlar özlərinin tələbatını ödəyir, yaşayır, güclərini din və ədalət uğrunda döyüşə hazırlıqlı səviyyədə saxlayırlar.”

Vergilərin yığılmasına İmam Əlinin (ə.s.) baxışı.

İmam Əli (ə.s.) vergiqoymaya və vergi siyasətinə daim ciddi ehtiyatlılıqla yanaşmışdır. Bu məktuban əlavə, Nəhcül Bəlağədə verginin növləri, vergi dərəcələri, vergi yığımının metodları və s. kimi aidiyyatlı məsələlərdən nadir ustalıqla bəhs edilən bir neçə keçidlər də mövcuddur.

Xüsusilə, vergiqoyma baxımından torpaq sahələrinin məhsuldarlıq səviyyələrinə görə, varlı insanların sərvətlərinin həcminə görə təsnifləşdirilməsi diqqəti cəlb edən əhəmiyyətli məqamlardandır.


www.balaghah.net

No comments:

Post a Comment