-
İslam bitkin, dolğun həyat yoludur.
-
Bu, təkcə insan rifahının ruhi, mənəvi
yüksəlişi ilə deyil, eyni zamanda onun maddi və fiziki rifahı ilə də birbaşa
əlaqəlidir.
-
İslam öz ardıcıllarını iqtisadi və maliyyə
məsələləri, sosial və siyasi işlər, həmçinin insan həyatının mənəvi və şəxsi
sferaları barədə öyrədir.
-
İslam iqtisadi sistemi yalnız özlüyündə tam
ola bilməz.
-
Buna bütün yaşam sisteminin bir hissəsi
kimi baxılmaldır.
-
Bütövlükdə islam bitkin yaşam sistemi
olmaqla onun bütün digər aspektləri (din, ideologiya, sosial, siyasi və etik)
ilə mükəmməl sinxron halındadır.
-
İnsanlar yalnız o halda məqsədə nail ola
biləcəklər ki, onlar məsləyə bütün system halında yanaşsınlar, nəinki, öz
istəklərinə uyğun seçimlər etsinlər.
-
İslam iqtisadi sisteminin təsvirinin ən
sadə yolu onun kapitalizm və kommunizm ilə fəqrliliyini göstərməkdən ibarətdir.
From
the article by Sayyid Muhammad Rizvi, www.imamreza.net
Salam. Ağanemət müəllim. Mən ADİU-nun 4-cü kurs tələbəsiyəm, adım Həsəndir. Azərbaycanda əsl iqtisadi təfəkkürə sahib olmaq üçün məncə bu saytda böyük imkanlar vardır. Belə gözəl və şərəfli işinizə görə sizə təşəkkür edirəm. Bəzən vaxt azlığından məqalələrinizə münasibət bildirib, şərh yazmıram. Əslində məqalələrinizin bizim kimilərin münasibətinə ehtiyacı yoxdur. Çox istərdim ki, burada yazılanlara gah liberalist iqtisadın, gah da sosializmin ardında sürünən əksər iqtisadçı alimlərimiz və siyasətçilərimiz münasibət bildirib, nəticə çıxarsınlar. Kamil məktəb olan İslamın iqtisadi sahədəki norma və yanaşmalarının dəyərini başa düşsünlər. Sizin məqalələrinizə tez-tez baxıram. Həqiqətən də liberal ideologiyanın təsiri altında bizlərə tədris olunan və elmlikdən çıxan ekonomiksdən fərqli olaraq sizin iqtisadi yanaşman üslubunuz çox gözəldir və bütün iqtisadi məktəblərə yer ayırırsınız. Xüsusən də, islam iqtisadi məktəbinin və ən əsas da İmam Əlinin iqtisadi görüşlərinin araşdırılmasına görə sizə dərin minnətdarlığımı bildirib, işinizdə müvəffəqiyyətlər arzulayıram.
ReplyDelete