Əgər
vergitutma bazası böyük və məhsuldardırsa, hətta aşağı vergi dərəcələri məbləğ
etibarilə böyük həcmdə gəlirlərin yığılmasına imkan verir.
Yüksək
vergi dərəcələri rejimi davamlı əsasda iri vergi gəlirlərinin yığılmasına imkan
vermir və inkişafı dəstəkləmir. Əksinə, yüksək vergi dərəcələrinin faydalılıq
imkanı məhduddur.
İmam
Əli (ə.s.) qeyd etməkdə çox haqlıdır ki, iri həcmdə vergi yığımlarına maraq
göstərərək torpağın məhsuldarlığına, insanların rifahına məhəl qoymayan məmur
qurucu deyil, dağıdıcıdır.
İnsanlar
iri vergi yığımlarına rəğmən cəmiyyətdə ictimai məhsul və xidmətlərin təminatının
zəif olmasını müşahidə etdiklərində məyusluğa düçar olurlar. Bu zaman onlar
ədalətsizliyə qarşı üsyan edərək sistemi ələ keçirir. Bəzən bu seçkilər yolu
ilə sülh şəraitində, bəzən isə zorakı şəkildə həyata keçirilmiş olur.
İmam
Əli (ə.s.) həmçinin ağır vergi yükündən söz açır və öz rəsmilərinə vəziyyətə
adekvat olaraq vergi yükünü azaltmağı tapşırır.
O,
Malik Əştərə yazır:
“Əgər vergi ödəyiciləri təsadüfi fəlakətlər, qəribə
iqlim dəyişiklikləri, uzun sürən quraqlıq zamanı, bol yağışlar və daşqınlar
nəticəsində məhsullarının zay olması səbəbindən sənə vergilərin ağırlığından
şikayətlənirlərsə və bu şikayətlər həqiqətdirsə vergiləri azalt. Bu vergi
azaldılmaları o qədər olmalıdır ki, onlar vəziyyətlərini yaxşılaşdırmaq və
mühitlərini rahatlaşdırmaq imkanı qazansınlar.”
www.balaghah.net
No comments:
Post a Comment