İmam
Əli (ə.s.) Malik Əştərə ictimai maraqlarla bağlı çox ehtiyatlı olmasını
xəbərdarlıq edərək deyir:
- torpağı
sabit şərtlərlə qohum və dostlarına icarəyə vermə;
- su
mənbələri heç zaman fərdi şəxslərin nəzarətində olmamalıdır;
- ictimai
baxımdan xüsusi faydalı torpaqlar şəxsi istifadə üçün rezervasiya
olunmamalıdır.
Buradan
aydın görünür ki, İmam Əli (ə.s.) sərvətin müəyyən əllərdə konsentrasiyasından
və bunun destruktiv sosial-iqtisadi təsirlərindən çəkinmişdir. İmam Əli (ə.s.)
Malik Əştərə buyurur:
“İctimai
mülkiyyətdə olan və başqalarının onun üzərində bərabər haqqları olan heç nəyi
özününkü etmə”.
İmam
Əlinin Malik əl-Əştərə məktubunu dolğun şəkildə oxuduqdan sonra müəyyən
prinsipləri öyrənirik. Onlardan bəzilərini belə sadalamaq olar:
o
Dininə, nəslinə,
sərvətinə və sosial statusuna görə insanlar arasında diskriminisiyaya yol
verilməməlidir.
o
Ədalət, bərabərlik,
iqtisadi düzgünlük, inklüzivlik və mənəvi hesabatlılıq ictimai siyasətin və
dövlətçiliyin əsas hədəfini təşkil etməlidir.
www.balaghah.net
No comments:
Post a Comment