Onun
ahl-üz zimmə ilə rəftarını xüsusilə qeyd etmək olar.
İmam
Əli (ə.s.) Ərəbistandakı və digər ərazilərdəki əvvəlki hökumətlərin
qeyri-insani və sərt vergi yığımlıarı ilə bağlı faktları yaxşı bilirdi.
İmam
Əli (ə.s.) insanların yoxsulluğunu məmur və rəsmi şəxslərin ictimaiyyətin
sərvət və mülkiyyətlərinə qoyduqları vergilərə münasibəti ilə əlaqələndirirdi. Belə
ki, həmin vergi məmurları qısa zaman ərzində çox şeyi öz sərəncamlarına almaq
istəyirdilər.
O,
yazır:
“Onlar heç zaman millətlərin tarixindən dərs
almadılar və Allahın əmrlərinə məhəl qoymadılar.”
İmam
Əlinin (ə.s.) vergiqoyma baxımından ümumi yanaşması “təklif yönümlü” ideyalara
əsaslanır. Onun siyasəti istehsalın, məhsuldar qüvvələrin vergi yolu ilə
stimullaşdırılmasının vacibliyini önə çəkirdi.
Bunun
əksinə olaraq, tələb idarəetməsi yanaşması iqtisadi tərəddüdləri nəzarətə
götürmək üçün tələbin tənzimlənməsini önə çəkir. Bu baxımdan, İmam Əlinin
(ə.s.) məktubuna istinad etmək olar. O yazırdı:
“Sən
daim bunu diqqətə almalısan ki, torpaq gəlirləri ürzə yığımların və vergilərin
toplanması zamanı vergi ödəyicilərinin rifahı vergilərin özündən daha
vacibdir.”
www.balaghah.net
No comments:
Post a Comment