Monday, February 24, 2014

İmam Əlinin iqtisadi məktəbi (17)


  o   Yoxsullar, məhrumiyyətli kəslər, səfalət işində olanlar iqtisadi və ictimai gündəlikdə özlərinin həqiqi yerlərini dövlətin digər məsələlərindən öncə tapmalıdırlar.
  o   Dövlət yoxsullara yönəlik pro-aktiv rolunu işə salmalı və bu siyasət insanlara yetişməlidir.
  o   İctimai resurslar şəxsi məqsədlər üçün istifadə olunmamalıdır.
  o   Vergi bazası vergi dərəcələrindən və vergi gəlirlərindən daha önəmlidir.
  o   Vergi gəlirləri başlıca olaraq ictimai rifahın maliyyələşməsi üçün istifadə olunmalıdır. O, məmurların büsatına və şöhrətinə xidmət etməməlidir.

Yuxarıda qeyd olunan prinsiplər zamanların sınağından keçmiş və bunlar hətta bu günümüz üçün uyğundur. Bunlar, bir tərəfdən mötədilliyə, digər tərəfdən isə humanizmə xidmət edir. Halbuki, hər ikisi – həm İmam Əli (ə.s.), həm də Malik əl-Əştər həmin dövrdə mövcud şəraitin qurbanları oldular. Nə əl-Əştər dövlətin vəzifələrini yerinə yetirmək üçün Misirə yetişə bildi, nə də İmam Əli (ə.s.) özünün ali baxış və yanaşmalarını həyata keçirmək üşün yetərli vaxta sahib oldu. Əl-Əştər Misirə gedən yolda zəhərləndirildi, İmam Əli (ə.s.) isə daxili çaxnaşmalara dolaşdırıldı.

Səmimi məqsədlər, ictimai dəyərlər naminə öhdəliklər və İmam Əlinin (ə.s.) tam ehtiyatlı dövlətçiliyi şəraitində Müsəlman dünyası daha üstün həyat şəraitinə malik ola, İmam Əli (ə.s.) və Malik əl-Əştər isə böyük dəyərləri mərkəzləşdirə bilmək üçün yetərli vaxt qazana bilərdi.
Bu isə faciələrin bitmək bilmədiyi İslam tarixinin ayrı bir faciəsidir.


www.balaghah.net

No comments:

Post a Comment