Wednesday, February 12, 2014

İmam Əlinin iqtisadi məktəbi (13)

Məsələnin qoyuluşundan aydın görünür ki, İmam Əliyə (ə.s.) görə vergi ödəyicilərinin rifahı vergi siyasətinin dominant amili olmalıdır.

İmam Əlinin (ə.s) bu yanaşması onun dövlət məmurlarına ünvanladığı digər məktub və təlimatlarında da qeyd olunmuşdur.

Aşağıda göstərilən təlimatda da İmam Əlinin (ə.s.) sözügedən mövqeyi bilavasitə əks olunur. O, yazır:
 “Əsas diqqət vergi yığımından da çox torpağın məhsuldarlıq dərəcəsinə yönəlməlidir, çünki, torpaq sahiblərinin vergi ödəmə qabiliyyəti torpaqlarının məhsuldarlıq səviyyəsindən asılıdır. O məmur ki, vergi ödəyicisinin mövqeyinə məhəl qoymadan, torpaqların məhsuldarlıq dərəcələrini nəzərə almadan yalnız vergi gəlirlərini üstün tutur, torpaqları israf edir, dövlətçiliyi məhv edir, Allahın xəlq etdiklərinə ziyan gətirir. Onun idarəçilik qaydaları davamlı ola bilməz.”

İmam Əlinin (ə.s.) yuxarıda qeyd etdiyimiz təlimatı vergiqoymaının qızıl qaydası kimi qiymətləndirilməlidir. Belə ki, burada əsas diqqət vergi dərəcələri və vergi yığımlarına deyil, vergitutma bazasına yönəldilir.

Xüsusilə bu, müasir dövrün fiskal ekspertlərinə səslənən mesajdır. Hazırda dünya üzrə bir tərəfdən vergi islahatlarının trendi, digər tərəfdən vergi mütəxəssislərinin mövqeyi göstərir ki, vergi yığımları zamanı vergitutma bazası yığım dərəcələrindən daha önəmlidir.


www.balaghah.net

No comments:

Post a Comment