Tuesday, February 18, 2014

İmam Əlinin iqtisadi məktəbi (15)

İmam Əli (ə.s.) həmçinin vergilərin azalması ilə gəlirlərin aşağı düşməsi və ölkənin çətinliklərlə üzləşməsini qeyd edir. Bu durumda böyük həcmli ictimai xərcləri yerinə yetirmək, subyektlərin sosial və iqtisadi problemlərini həll etmək vəzifələri bu çətinlikləri sonradan daha da artırır.

Bu vəziyyət rəhbəri depressiv duruma sala bilər. Halbuki, İmam Əli (ə.s.) bu məsələyə fərqli baxışını ifadə edərək belə yazır:
“Belə səbəblər üzündən dövlət xərclərinin azalması səni təlaşa salmamalıdır, çünki, rəhbər üçün ən yaxşı sərmayə çətin vaxtda öz subyektlərinə yetirdiyi köməkdir. Onların ölkənin həqiqi sərvətləridir və hətta vergi güzəştləri ilə də olsa belə onlar naminə olan istənilən sərmayə dövlətə şəhərlərin və ümumilikdə ölkənin tərəqqisi kimi qayıdacaq, eyni zamanda başçı ictimaiyyətin rəğbət və məhəbbətini qazanacaq. Bu davamlı məmnunluqla nəticələnməyəcəkmi? Unutma Malik! Əgər ölkə tərəqqi yolundadırsa və insanlar  məmnundurlarsa istənilən yükü (vergi) daşımaq xoşdur.”

İctimai maraq və şəxsi maraq

İctimai və şəxsi maraqlar arasında səlis sərhədlərin pozulması və şəxsi maraqların ictimai maraqlara mane olması müxtəlif sosial-iqtisadi problemlərin yaranmasına səbəb ola bilər.


www.balaghah.net

No comments:

Post a Comment