Wednesday, April 30, 2014

Epilogue to the article about economic development of Islamic countries (12)

Then he writes:
“The territorial gains via imperialism no doubt provided some assistance but were not the main factor.
Principally, the necessary historical ingredients were scientific method and the rule of law – market forces then did the rest.
The application of scientific method gave rise to discoveries that made the industrial revolution possible.
The rule of law… …protection of private property rights and later individual rights, enabled a climate whereby the fruits of labor were relatively free from confiscation and destruction.
In this benign legal environment, market forces then gave rise to the process of accumulation of physical capital and wealth.
The major role that Christianity played in this, by constraining the use of scientific method, was to prevent it happening for centuries.
It was the forces of the Enlightenment that finally weakened the power of religion to interfere in this process.

The role Islam played in this process was to prevent it developing in its own societies, despite its early lead, and then do delay and hinder is introduction and importation from the West.”

Tuesday, April 29, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (11)

Müəllif deyir:
“Son iki əsrdə kapitalın əhəmiyyətinin artması Müsəlman ölkələrində sözügedən zəifləmənin başlıca səbəbidir.
Müharibə və böhranlarla yanaşı kapitalın akkumulyasiyası prosesi qlobal sərvətin corğafi bölgü modelinin meydana gəldiyi bu günkü günə qədər davam etmişdir.
İndustrial sərvət səbəbindən gəlir bölgüsünün qlobal və dini dizbalansları tarixin bütün dövrlərinə nəzərən hazırda daha dərindir.
“Qərb” ölkələri bu müvəffəqiyyətli duruma necə nail oldular? Axı, bu, cari şəraitin nəticəsi deyildir.
Renessans, protestantlıq, kəşflər, koloniyalıq, imperializm, intibah, sənaye inqilabının kulminasiyası və iqtisadi inkişaf kimi hadisələrin ardıcıllığı Avropada başladı və sonra dünyaya yayıldı.
Heç bir öncəki sivilizasiyalar tarixi inkişafın hazırki tərəqqiyə səbəb olan belə bir ardıcıllığına nail ola bilməmişdir.
Bu, Xristian ölkələrində baş verdi. Bəs, bunu mümkün edən başlıca elementlər hansılar oldu?”

Monday, April 28, 2014

Epilogue to the article about economic development of Islamic countries (11)

Author says:
“The rise in the importance of capital over the last two centuries is the major reason for the relative decline of the Muslim countries.
The capital accumulation process, together with wars and depressions, has continued until we arrive at the geographical pattern of global wealth seen today.
Because of industrial wealth, the global and religious imbalance in income distribution is greater now than at any time in history.
How did the "Western" countries manage to get into this favorable position? It is not a matter of recent circumstance.
The sequence of events – Renaissance, Protestantism, exploration, colonialism, imperialism, Enlightenment, culminating in the industrial revolution and economic development – started in Europe and then spread around the world.
No other prior civilization had been able to achieve the momentum of this sequence of historical developments that has lead to such current prosperity, albeit unevenly spread.

It occurred in Christian countries, but what were the essential ingredients that generated it?”

Sunday, April 27, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (10)

Məqalədə deyilir:
“Halbuki, milli gəlir yığımının təbiəti göstərir ki, din də daxil olmaqla kultoroloji  amillər bu məsələdə izahedici parametrlərə daxildir.
Ölkələr arasında gəlirlərin cari bölgüsünü təhlil etdikdə sərvət yığımı prosesinin diqqətə alınması vacibdir.
Hər bir ölkədə yalnız cari il üzrə gəlirlərin səviyyəsi həmin ildə məhsuldar gücləri ifadə etmir.
Burada bilinməsi önəmlidir ki, məhz hansı ölkələr cari gəlirləri yaratmaqdan ötrü əvvəlki dövrlərin gəlirlərini istehsal resursları (kapital) məqsədilə akkumulyasiya edə bilmişdir.
Cəmiyyət tərəfindən məhsuldar resursların akkumulyasiya edilə bilinməsi – iqtisadi inkişafa nail olunması mühüm bacarıqlarından biridir, hansı ki, burada din və mədəniyyətin də təsiri vardır.
Cari durum göstərir ki, bu mövzuda ümumilikdə Xristian ölkələri Müsəlman ölkələrinə nisbətən daha müvəffəq olmuşlar.

Bu gün sərvətlər balansı geniş anlamda məhsuldar fiziki kapitalın yerləşməsindən asılıdır.”

Thursday, April 24, 2014

Epilogue to the article about economic development of Islamic countries (10)

The article says:
“However the nature of income generation indicates that cultural factors including religion may provide some explanation.
In understanding the current distribution of income between countries, it is important to recognize the process of wealth generation.
The level income of each country for that year does not just represent productive efforts made in that year.
It also represents extent to which each country has been able to utilize past income to accumulate productive resources (capital), which are now used to produce current income.
In this ability of a society to accumulate productive resources – economic development – that religion and culture may have an influence.
It is apparent from the current situation that the Christian countries in general, and over some time, have been more successful at achieving this task and the Muslim countries less so.

The balance of wealth today is largely determined by the location of productive physical capital.”

Wednesday, April 23, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (9)

Sonra o, yazır:
“Bu proses dünya əhalisi arasında dərin gəlir bərabərsizliyini əks etdirir.
Bu, həmçinin  Müsəlman dünyası ilə Xristian dünyası arasında da gəlir bərabərsizliyini göstərmiş olur.
Məlum olduğu kimi, dünyanın ən varlı ölkələri Avropada, Şimali Amerikada və Şərqi Asiyadadır.
Yalnız az sayda Müsəlman ölkələri qaneedici səviyyədə milli gəlirə malikdirlər ki, bu da həmin ölkələrin neft sərvətlərinə sahib olmalarından irəli gəlir.
Son iki dekadanın göstəricilərinə görə, demək olar ki, bütün ölkələrdə yaşam standartları (orta gəlirlilik səviyyəsi) uzunmüddətli dövrdə davamlı artıma malikdir.
Çin kimi bəzi nisbətən yoxsul ölkələrdə milli gəlir sürətlə artır ki, bu da, bu qrupun varlı ölkələrlə gəlir səıviyyəsi fərqini getdikcə azaldır.
Əksər Müsəlman ölkələri də daxil olmaqla çox sayda yoxsul ölkələrdə isə milli gəlirin artım sürəti aşağıdır ki, bu da varlı ölkələrlə gəlir səıviyyəsi fərqinin getdikcə böyüməsi deməkdir.

Bu fərqliliyi yaradan amillər hansılardır?

Əslində, ölkələr üzrə gəlir səviyyəsi fərqinə səbəb olan başlıca amillər dini məsələlərə bilavasitə aid olmaya bilər.”

Tuesday, April 22, 2014

Epilogue to the article about economic development of Islamic countries (9)

Then he writes:
“This process highlights the great inequality in income between the peoples of the world.
It also shows a great discrepancy in income between the Muslim world and the Christian world.
The richest countries in the world are those of Europe, North America and East Asia.
Only a small number of Muslim countries approach their income levels, and this is only due to their oil wealth.
Data for the last two decades show that in almost all countries, living standards, (average income levels) are rising over time, as a long-term trend.
In some cases the incomes of poorer countries such as China, are increasing rapidly, narrowing the gap between themselves and the rich countries.
In many poor countries, including many Muslim countries, income growth is low, so that the gap is widening.
What factors lead to such differences?

It is possible that the differences in incomes between countries could be caused by factors entirely unrelated to religion.”

Monday, April 21, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (8)

O, yazır:
Hansı birinə əsas yer verilməsi isə siyasi məsələdir.
Bu iqtisadi sistemlərdə əldə olunan inkişaf bütün vətəndaşları üçün faydalı ola bilər.
Müsəlman adət-ənənələri, eləcə də dini qaydalar və təcrübələr də öz növbəsində ictimai gəlirlərin daha müfəssəl bölgüsünü təmin edə bilər.
Lakin bu, modern iqtisadiyyatın uğurlu əməliyyatlarına mənfi təsirlər göstərə bilər.
Guya, əsrlər boyunca Müsəlman cəmiyyəti İslamdakı sərtlik səbəbindən  özünün elmi liderliyini əldən vermişdir.
Həmin amillər hələ də İslam cəmiyyətlərindəki yoxsulluğun hökm sürməsinə səbəb olmaqdadırlar.
Din və gəlirlərin bölgüsü
Hazırkı beynəlxalq maliyyə göstəricilərinin təhlili müqayisəli əsasda bütün ölkələr üzrə hər nəfərə düşən orta gəlirlilik səviyyəsinin ölçülməsinə imkan verir.

Həmçinin dominant dini etiqadından asılı olaraq demək olar ki, bütün ölkələri qruplara bölmək mümkündür. 

Epilogue to the article about economic development of Islamic countries (8)

He writes:
The extent to which this is done is a political matter.
The prosperity generated by such economies may benefit all citizens.
Muslim customs and religious rules and practices may assist a more equal distribution of income.
But in doing so may have some unnecessary and negative effects on the successful operation of the modern economy.
As if, Muslim society centuries ago surrendered its scientific leadership due to the strictures of Islam.
The same forces are still to some extent at work today contributing to the relative impoverishment of Islamic societies.
Religion and income distribution
By analysis of current international financial data it is possible to calculate the average per-capita income for almost all countries in comparable terms.

It is also possible to assign most countries to religious groups, depending on the dominant religion in each country.

Thursday, April 17, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (7)

Sonra o, yazır:
Elm və texnologiya industrial inqilabın bazis şərtidir.
Bu texnoloji inkişaf son iki yüzillik ərzində demək olar ki, davamlı iqtisadi artımı və industrial məhsuldarlığı təmin etmişdir.
Müəllif yenə də qeyd edir ki, din bu prosesə iqtisadi baxımdan təsir edə bilər və çox güman ki, bu təsir neqativ yönümlüdür.
Bu məhsuldarlıq - xammal və əmək sərfinin mövcud səviyyəsində istehsalın çoxluğu yaşam standartlarını yüksəltmiş, xüsusilə də orta gəlirlilik səviyyəsinin uzunmüddətli artımını təmin etmişdir.
Texnologiyanın iqtisadiyyatda rolu sənaye erası boyunca klassik iqtisadçı Karl Marks da daxil olmaqla heç kim tərəfindən inkar olunmamışdır.
Onun gözlədiyi sinfi mübarizə texnologiya nəticəsində baş verən universal iqtisadi inkişaf səbəbindən aradan getmişdir.
Modern industrial iqtisadiyyatın mahiyyəti mənəviyyatsız və ədalətsiz deyildir.

Belə ki, vergiqoyma və rifah faydalılığı gəlirlərin varlılardan kasıblara yenidən bölgüsünə imkan verir.

Wednesday, April 16, 2014

Epilogue to the article about economic development of Islamic countries (7)

Then he writes:
Science and technology provided the basis for the industrial revolution.
This technical progress has for over last two hundred years has provided more or less continuous growth in industrial productivity.
Author again notes that, religion may also have an economic impact on this process, again possibly a negative impact.
This productivity – more output for a given level of material and labor input – over time has provided improvement in the standard of living, or an underlying long term increase in average incomes.
This role of technology in the economy was not anticipated by anyone at the dawn of the industrial era, including the by classical economist Karl Marx.
The class conflict he predicted was avoided by the potentially universal economic improvement provided by technology.
The nature of the modern industrial economy is not inherently immoral or necessarily unreasonably inequitable.

Taxation and welfare benefits can be used to redistribute income from rich to poor.

Tuesday, April 15, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (6)

Yanaşmaya görə, hər bir fərdin potensialının maksimallaşdırılması cəmiyyətin marağındadır.
Gəlirlərin yaranması üzrə cəmiyyətin insan resurslarının imkanları bu resursların öz potensiallarına nəzərən az realizasiyası halında aşağı düşəcəkdir.
Müəllifə görə guya, din burada əsasən mənfi rol oynaya bilər.
“Məhz, bütün bu amillərə görə müəyyən olunur ki, iqtisadiyyat nə istehsal edə bilər və nə qədər gəlir yarada bilər.
Bütün bu amillər texnoloji inkişafın dinamik aparıcı qüvvələrini təşkil edir.
Bu inkişafın mahiyyəti fiziki kapitalın zaman-zaman çoxalmasıdır.
Bu, industrial cəmiyyətin uğurlarının və modern inkişafın fundamental səbəbini təşkil edir.
Bu, məhz, elmi tədqiqatlar və inkişafın meyvəsidir.
Tarixən, inkişaf və elmi biliklər üçün təfəkkür azadlığına ehtiyac olmuşdur.”

Bu yanaşma göstərir ki, müəllifə görə din, xüsusilə də İslam təfəkkür azadlığına əks anlayışdır.

Monday, April 14, 2014

Epilogue to the article about economic development of Islamic countries (6)

As for that approach, it is in the interests of society to maximize the potential of every individual.
The capacity of society’s human resources to generate income will be diminished to the extent that those resources are not utilized to their potential.
As if, religion may play a role here – possibly a negative one.
“All these factors determine what an economy may produce, and what income it may generate, at a particular point in time.
Underlying all these factors is the dynamic driving force of technical progress.
The nature of this progress is improvements in physical capital over time.
This is the fundamental reason for the success of industrial society and for modern prosperity.
It is the fruit of scientific research and development.
Historically, freedom of thought was required for the development of scientific knowledge.”

This approach shows that, as for the author, the religion, especially Islam is inverse concept against freedom of thought.

Sunday, April 13, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (5)

Müəllifə görə, burada sözügedən fəaliyyət biznes şəraitinin fərdi işgüzar bacarıqlar kimi qeyri-maddi tərəflərini ehtiva edir.
Dövlət bu məsələyə belə yanaşa bilər ki, bu, onların məşğuliyyətidir və dövlət bu cür investisiyalarda birbaşa iştirak edə, yaxud, özəl investisiyaları təşviq edə bilər.
Bunun üçün isə səmərəli maliyyə bazarının inkişafı vacibdir.
Gəlir yığımı kapitalının akkumulyasiyası bir bağın becərilməsinə bənzəyir – bu, əkilməli, ehtiyatla becərilməli və çiçəklənməsi üçün qulluq olunmalıdır.
Bəs, İslam cəmiyyəti bunun üçün münbit şəraiti təmin edə bilirmi, yoxsa istehsalın əsas amillərinin inkişafı üçün yabanı mühitə malikdir?
İstehsalın üçüncü amili insan resurslarıdır.
Eyni zamanda , bu, yalnız istehsal məsələsi deyildir.
Fiziki kapitalı istifadə etməkdən ötrü və bununla da cəmiyyətdə iqtisadi təhlükəsizlik və əminamanlığı təmin etmək məqsədilə insanların təhsil almağa və təlimlənməyə ehtiyacı vardır.
Təhsil “insan kapitalı şəklində” investisiyadır.

Bu, yalnız texniki təlimlə məhdudlanmır, eyni zamanda cəmiyyətin “işıqlanmasına”, tərəqqisinə və firavanlığına xidmət edən tam ölçüdə təhsili ehtiva edir.

Thursday, April 10, 2014

Epilogue to the article about economic development of Islamic countries (5)

As for the author, undertaking such activity may require an intangible sense of business confidence as well as individuals with business acumen.
Governments may see it as their duty to directly participate in such investment themselves or otherwise encourage private investment.
An effective financial market is necessary to facilitate it.
Accumulating income-generating capital is something like growing a garden – it needs planting and careful nourishment and maintenance for it to flourish.
Does Islamic society provide a hospitable environment, or a desert, for the cultivation of this essential factor of production?
The third factor of production is human resources.
This is not just a matter of population.
People need to be educated and trained in order to make use of the physical capital, as well as maintain society in a situation of security and fulfillment.
Education is a form of investment in "human capital".

This requires not just technical training but a full range of education serving the enlightenment, service and entertainment of society.

Wednesday, April 9, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (4)

Məqaləyə görə, bu kimi resurslar hasil oluna, emal edilə, istismaq edilə və ya ticari yolla əldə oluna bilər.
Fiziki resurslar isə istehsal olunandır.
Bu resursların mövcudluğu bina tikintisi ilə bağlı fiziki investisiyaların yığımından, avadanlıqların alınmasından və bu aktivlər üzrə fondların yığımından asılıdır.
Məhz, bu məqamla bağlı mədəniyyət və dinin, xüsusilə də İslamın rolu mövcud ola bilər.
Fiziki məhsuldar aktivlər iqtisadçıların “kapital” adlandırdıqlarıdır.
Bu, cəmiyyətin fiziki sərvətini ifadə edir.
Bu olmadan gəlir yarana bilməz.
Bunun yaranması planlaşdırma, risk idarəetməsi, baxış və işgüzarlıqdan ibarət uzun prosesdir.
Fərdi investisiyalar burada istisna olunmur, lakin bir sıra qarşılıqlı asılılığa malik amilləri aktuallaşdırır.

Belə ki, bu kimi investisiyaların maliyyə gəlirliliyi illər üzrə gələcək dövrlər üçün realizə oluna bilinmir.

Tuesday, April 8, 2014

Epilogue to the article about economic development of Islamic countries (4)

As for the article, such resources must be extracted, processed, exploited or acquired by trade as required.
Physical resources however are man-made.
The availability of these resources depends on the past accumulation of physical investment in building construction, purchase of equipment and maintenance of the stock of these assets.
It is here that culture and religion, Islam in particular, may play a role.
Physical productive assets are what economists call "capital".
This represents the physical wealth of society.
Without it, income cannot be generated.
Creating it is a long process of planning, risk taking, vision and enterprise.
Individual investments are not taken in isolation but may require a number of inter-dependent factors.
The financial return on such investments may not be realized for years into the future.

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (3)

Sərvətin yaranmasının iqtisadiyyatı
Məqalədə qeyd olunur ki, iqtisadiyyatda gəlirlərin səviyyəsi istehsal olunan əmtəə və xidmətlərin həcmindən formalaşır.
Bu istehsalın həcmi uzunmüddətli dövrdə üç əsas amildən irəli gəlir:
-      təbii resursların əlyetərliyi və istismarı;
-      tikililər, infrastruktur, avadanlıq zavodları və qurğular formasında mövcud olan məhsuldar qüvvələrin kəmiyyəti;
-      İşçi qüvvəsinin əlyetərliyi, qabiliyyəti, təhsili, təlimi və hazırlığı.
Qısamüddətli dövrdə isə resessiya, qıtlıq, qiymət dizbalansları, təbii fəlakətlər, müharibələr kimi əlavə amillər də istehsalın və gəlirlərin səviyyəsinə təsir edə bilər.
Gəlirlərin yaranması imkanları üçün üç əsas “istehsal amili” mövcuddur:
-      təbii resurslar;
-      fiziki resurslar;
-      insan resursları.

Hər hansı bir ölkənin təbii resurslara sihibliyi şəraitdən asılıdır.

Epilogue to the article about economic development of Islamic countries (3)

The economics of wealth generation
The article points that, the level of income in an economy is related to the volume of goods and services produced.
The amount of this production in the long term is determined by three main factors:
-      the availability and exploitation of natural resources;
-      the quantity of productive capacity available in the form of buildings, infrastructure, machinery plant and equipment;
-      the availability, ability, education, training and resourcefulness of the workforce.
In the short term there may be additional factors such as recessions, shortages, price imbalances, natural disasters or wars that may also affect the level of production and income.
Essential to income producing capacity then are three "factors of production":
-      natural resources;
-      physical resources;
-      human resources.

The natural resource endowment of a county is a matter of circumstance.

Thursday, April 3, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (2)

Məqalədə qeyd edilir ki, əksər Müsəlmanlara görə dünyada sərvətlər qeyri-ədalətli bölüşdürülmüşdür.
Bu da mümkündür ki, bəzi Müsəlmanlar İslam ölkələrinin iqtisadi uğurlarının davamlı olmamasını onların hökumətlərinin səriştəsizliyinin və korrupsiyalaşmasının bir nəticəsi kimi görə bilərlər.
Çox sayda Şərqi Asiya ölkələrinin sürətli iqtisadi artımla bağlı müvəqffəqiyyətləri göstərir ki, yaşam standartları üzrə qərb ölkələri ilə olan nisbi fərqi azaltmaq mümkündür.
Lakin, çox sayda Müsəlmanlar belə hesab edirlər ki, onların ölkələrində iqtisadi inkişafın müvəffəqiyyətsizliyi Qərbin siyasətindən irəli gəlir.
Eyni zamanda, onlar Qərbin siyasətini mürtəce, qeyri-əxlaqi, ədalətsiz və rəqabət üçün əsası olmayan tərzdə görürlər.
Çıxış yolunu isə İsalmi dəyərlərə qayıdışda görürlər. Bəs, Müsəlman ölkələinin yoxsulluğu hansı ölçüdə daxili və hansı ölçüdə xarici amillərdən irəli gəlir?
Müəllif qeyd edir ki, bunu təhqiq etməkdən ötrü, bəzi bazis iqtisadi məsələlərin, eləcə də iqtisadi inkişafın təbiətinin öyrənilməsinə ehtiyac vardır.

Həmçinin sərvətin yaranmasının və İslamın bu prosesdə rolunun öyrənilməsi tələb olunur.

Wednesday, April 2, 2014

Epilogue to the article about economic development of Islamic countries (2)

The article writes that, many Muslims see the distribution of wealth in the world as unjust.
It is possible that some Muslims may see the continuing lack of Muslim economic success as partly a result of incompetence or corruption on the part of their governments.
The success of many East Asian countries, with their rapid economic growth, shows that it is possible to narrow the gap in living standards compared to western countries.
But many Muslims point to the failure of economic development in their countries as a failure of western policy.
They also see Western society as decadent, immoral, inequitable and as something they have no wish to emulate.
A return to Islamic values is seen as a solution. To what extent then is the relative poverty of Muslim countries self inflicted or caused by outside factors?
The author points that to investigate this firstly he needs to review some basic economic findings, the nature of economic development.

Also, needs to review the process of wealth creation and the role of Islam in this process.

Tuesday, April 1, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq

Con Perkinsin müəllifliyi ilə islam ölkələrində inkişafın xüsusiyyətləri haqqında maraqlı məqalə nəşr edilmişdir.
“İslam və iqtisadi inkişaf” başlıqlı məqalə İslam ölkələrində inkişaf məsələlərinə tarixi və müasir baxışlardan bəhs edir.
Müəllif yazır:
“Müsəlman dünyasının əksəriyyəri qəbul edir ki, onların iqtisadi durumu “Qərb”ə nəzərən geri qalır.
Onlar həmçinin bunun fərqindədirlər ki, İslamın qızıl dövrlərində Müsəlman ictimaiyyəti elm, fəlsəfə, mədəniyyət və tərəqqidə dünya liderliyinə malik olmuşdur.
Müsəlman imperiyası məğlub edildikdən sonra Müsəlman ölkələri fəth edilərək müstəmləkəyə çevrildi və təşəbbüs Xristian Qərbinin əlinə keçdi.
İmperializm dövründən sonra müstəqillik əldə olunsa da əksər Müsəlman ölkələri hələ də “aşağı inkişaf ölkələri” kateqoriyasında qalmaqdadırlar.
Hansılar ki, bu kateqoriyaya daxil deyillər əsasən təbii ehtiyatlara, xüsusilə də neft ehtiyatlarına sahib olmaqla bağlı xoşbəxtliklərinə borcludurlar.

Çox sayda müsəlmanlar öz yoxsulluqlarının müəyyən səbəblərini Qərbdə görür.