Sunday, April 13, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (5)

Müəllifə görə, burada sözügedən fəaliyyət biznes şəraitinin fərdi işgüzar bacarıqlar kimi qeyri-maddi tərəflərini ehtiva edir.
Dövlət bu məsələyə belə yanaşa bilər ki, bu, onların məşğuliyyətidir və dövlət bu cür investisiyalarda birbaşa iştirak edə, yaxud, özəl investisiyaları təşviq edə bilər.
Bunun üçün isə səmərəli maliyyə bazarının inkişafı vacibdir.
Gəlir yığımı kapitalının akkumulyasiyası bir bağın becərilməsinə bənzəyir – bu, əkilməli, ehtiyatla becərilməli və çiçəklənməsi üçün qulluq olunmalıdır.
Bəs, İslam cəmiyyəti bunun üçün münbit şəraiti təmin edə bilirmi, yoxsa istehsalın əsas amillərinin inkişafı üçün yabanı mühitə malikdir?
İstehsalın üçüncü amili insan resurslarıdır.
Eyni zamanda , bu, yalnız istehsal məsələsi deyildir.
Fiziki kapitalı istifadə etməkdən ötrü və bununla da cəmiyyətdə iqtisadi təhlükəsizlik və əminamanlığı təmin etmək məqsədilə insanların təhsil almağa və təlimlənməyə ehtiyacı vardır.
Təhsil “insan kapitalı şəklində” investisiyadır.

Bu, yalnız texniki təlimlə məhdudlanmır, eyni zamanda cəmiyyətin “işıqlanmasına”, tərəqqisinə və firavanlığına xidmət edən tam ölçüdə təhsili ehtiva edir.

No comments:

Post a Comment