Məqalədə deyilir:
“Halbuki, milli gəlir
yığımının təbiəti göstərir ki, din də daxil olmaqla kultoroloji amillər bu məsələdə izahedici parametrlərə
daxildir.
Ölkələr arasında gəlirlərin
cari bölgüsünü təhlil etdikdə sərvət yığımı prosesinin diqqətə alınması
vacibdir.
Hər bir ölkədə
yalnız cari il üzrə gəlirlərin səviyyəsi həmin ildə məhsuldar gücləri ifadə
etmir.
Burada bilinməsi
önəmlidir ki, məhz hansı ölkələr cari gəlirləri yaratmaqdan ötrü əvvəlki dövrlərin
gəlirlərini istehsal resursları (kapital) məqsədilə akkumulyasiya edə
bilmişdir.
Cəmiyyət tərəfindən
məhsuldar resursların akkumulyasiya edilə bilinməsi – iqtisadi inkişafa nail
olunması mühüm bacarıqlarından biridir, hansı ki, burada din və mədəniyyətin də
təsiri vardır.
Cari durum göstərir
ki, bu mövzuda ümumilikdə Xristian ölkələri Müsəlman ölkələrinə nisbətən daha
müvəffəq olmuşlar.
Bu gün sərvətlər
balansı geniş anlamda məhsuldar fiziki kapitalın yerləşməsindən asılıdır.”
No comments:
Post a Comment