Sonra o, yazır:
“Bu proses dünya əhalisi
arasında dərin gəlir bərabərsizliyini əks etdirir.
Bu, həmçinin Müsəlman dünyası ilə Xristian dünyası
arasında da gəlir bərabərsizliyini göstərmiş olur.
Məlum olduğu kimi,
dünyanın ən varlı ölkələri Avropada, Şimali Amerikada və Şərqi Asiyadadır.
Yalnız az sayda
Müsəlman ölkələri qaneedici səviyyədə milli gəlirə malikdirlər ki, bu da həmin
ölkələrin neft sərvətlərinə sahib olmalarından irəli gəlir.
Son iki dekadanın
göstəricilərinə görə, demək olar ki, bütün ölkələrdə yaşam standartları (orta gəlirlilik
səviyyəsi) uzunmüddətli dövrdə davamlı artıma malikdir.
Çin kimi bəzi nisbətən
yoxsul ölkələrdə milli gəlir sürətlə artır ki, bu da, bu qrupun varlı ölkələrlə
gəlir səıviyyəsi fərqini getdikcə azaldır.
Əksər Müsəlman ölkələri
də daxil olmaqla çox sayda yoxsul ölkələrdə isə milli gəlirin artım sürəti
aşağıdır ki, bu da varlı ölkələrlə gəlir səıviyyəsi fərqinin getdikcə böyüməsi
deməkdir.
Bu fərqliliyi yaradan
amillər hansılardır?
Əslində, ölkələr
üzrə gəlir səviyyəsi fərqinə səbəb olan başlıca amillər dini məsələlərə bilavasitə
aid olmaya bilər.”
No comments:
Post a Comment