Con Perkinsin müəllifliyi
ilə islam ölkələrində inkişafın xüsusiyyətləri haqqında maraqlı məqalə nəşr
edilmişdir.
“İslam və iqtisadi
inkişaf” başlıqlı məqalə İslam ölkələrində inkişaf məsələlərinə tarixi və
müasir baxışlardan bəhs edir.
Müəllif yazır:
“Müsəlman
dünyasının əksəriyyəri qəbul edir ki, onların iqtisadi durumu “Qərb”ə nəzərən
geri qalır.
Onlar həmçinin
bunun fərqindədirlər ki, İslamın qızıl dövrlərində Müsəlman ictimaiyyəti elm, fəlsəfə,
mədəniyyət və tərəqqidə dünya liderliyinə malik olmuşdur.
Müsəlman
imperiyası məğlub edildikdən sonra Müsəlman ölkələri fəth edilərək müstəmləkəyə
çevrildi və təşəbbüs Xristian Qərbinin əlinə keçdi.
İmperializm
dövründən sonra müstəqillik əldə olunsa da əksər Müsəlman ölkələri hələ də
“aşağı inkişaf ölkələri” kateqoriyasında qalmaqdadırlar.
Hansılar ki, bu
kateqoriyaya daxil deyillər əsasən təbii ehtiyatlara, xüsusilə də neft
ehtiyatlarına sahib olmaqla bağlı xoşbəxtliklərinə borcludurlar.
Çox sayda müsəlmanlar
öz yoxsulluqlarının müəyyən səbəblərini Qərbdə görür.
No comments:
Post a Comment