Tuesday, April 8, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (3)

Sərvətin yaranmasının iqtisadiyyatı
Məqalədə qeyd olunur ki, iqtisadiyyatda gəlirlərin səviyyəsi istehsal olunan əmtəə və xidmətlərin həcmindən formalaşır.
Bu istehsalın həcmi uzunmüddətli dövrdə üç əsas amildən irəli gəlir:
-      təbii resursların əlyetərliyi və istismarı;
-      tikililər, infrastruktur, avadanlıq zavodları və qurğular formasında mövcud olan məhsuldar qüvvələrin kəmiyyəti;
-      İşçi qüvvəsinin əlyetərliyi, qabiliyyəti, təhsili, təlimi və hazırlığı.
Qısamüddətli dövrdə isə resessiya, qıtlıq, qiymət dizbalansları, təbii fəlakətlər, müharibələr kimi əlavə amillər də istehsalın və gəlirlərin səviyyəsinə təsir edə bilər.
Gəlirlərin yaranması imkanları üçün üç əsas “istehsal amili” mövcuddur:
-      təbii resurslar;
-      fiziki resurslar;
-      insan resursları.

Hər hansı bir ölkənin təbii resurslara sihibliyi şəraitdən asılıdır.

No comments:

Post a Comment