Thursday, April 17, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (7)

Sonra o, yazır:
Elm və texnologiya industrial inqilabın bazis şərtidir.
Bu texnoloji inkişaf son iki yüzillik ərzində demək olar ki, davamlı iqtisadi artımı və industrial məhsuldarlığı təmin etmişdir.
Müəllif yenə də qeyd edir ki, din bu prosesə iqtisadi baxımdan təsir edə bilər və çox güman ki, bu təsir neqativ yönümlüdür.
Bu məhsuldarlıq - xammal və əmək sərfinin mövcud səviyyəsində istehsalın çoxluğu yaşam standartlarını yüksəltmiş, xüsusilə də orta gəlirlilik səviyyəsinin uzunmüddətli artımını təmin etmişdir.
Texnologiyanın iqtisadiyyatda rolu sənaye erası boyunca klassik iqtisadçı Karl Marks da daxil olmaqla heç kim tərəfindən inkar olunmamışdır.
Onun gözlədiyi sinfi mübarizə texnologiya nəticəsində baş verən universal iqtisadi inkişaf səbəbindən aradan getmişdir.
Modern industrial iqtisadiyyatın mahiyyəti mənəviyyatsız və ədalətsiz deyildir.

Belə ki, vergiqoyma və rifah faydalılığı gəlirlərin varlılardan kasıblara yenidən bölgüsünə imkan verir.

No comments:

Post a Comment