Thursday, April 3, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (2)

Məqalədə qeyd edilir ki, əksər Müsəlmanlara görə dünyada sərvətlər qeyri-ədalətli bölüşdürülmüşdür.
Bu da mümkündür ki, bəzi Müsəlmanlar İslam ölkələrinin iqtisadi uğurlarının davamlı olmamasını onların hökumətlərinin səriştəsizliyinin və korrupsiyalaşmasının bir nəticəsi kimi görə bilərlər.
Çox sayda Şərqi Asiya ölkələrinin sürətli iqtisadi artımla bağlı müvəqffəqiyyətləri göstərir ki, yaşam standartları üzrə qərb ölkələri ilə olan nisbi fərqi azaltmaq mümkündür.
Lakin, çox sayda Müsəlmanlar belə hesab edirlər ki, onların ölkələrində iqtisadi inkişafın müvəffəqiyyətsizliyi Qərbin siyasətindən irəli gəlir.
Eyni zamanda, onlar Qərbin siyasətini mürtəce, qeyri-əxlaqi, ədalətsiz və rəqabət üçün əsası olmayan tərzdə görürlər.
Çıxış yolunu isə İsalmi dəyərlərə qayıdışda görürlər. Bəs, Müsəlman ölkələinin yoxsulluğu hansı ölçüdə daxili və hansı ölçüdə xarici amillərdən irəli gəlir?
Müəllif qeyd edir ki, bunu təhqiq etməkdən ötrü, bəzi bazis iqtisadi məsələlərin, eləcə də iqtisadi inkişafın təbiətinin öyrənilməsinə ehtiyac vardır.

Həmçinin sərvətin yaranmasının və İslamın bu prosesdə rolunun öyrənilməsi tələb olunur.

No comments:

Post a Comment