Tuesday, June 2, 2015

Kamil insan və kamil davranış (24)

Davranışın, o cümlədən iqtisadi davranışların bazisində olan gizli psixoloji düyünlər
Əxlaqi, eləcə də müasir elmi nəticələrə görə insanın psixoloji dərinliklərində şər və pis xasiyyətlər vardır.
Bu xasiyyətlər gizlindədir.
Onlar şərait yarananda meydana çıxır.
Yəni, insan həyəcanlananda bu xasiyyətlər üzə çıxır.
Hətta insan özü belə bir ruhi xüsusiyyətinin olmasına təəccüblənir.
Mütəfəkkirlərə görə, bu gizli ruhi xasiyyətlər (bu, nəfs də adlandırılır) zəhərli ilan kimidir.
Əfi ilan soyuq mühitdə tam ram olmuş halda olur.
İsti mühitdə isə o, tamam fərqli xasiyyətli canlıdır.
Yəni, birinci halda gizlində olan temperament mühitin dəyişməsi ilə aşkar olur.
Deməli, mütləq kənar amillər, şərait nəzərə almaqla fərd özünə və nəticədə davranışlarına qiymət verməlidir.
Bu, onu göstərir ki, davranışlar, o cümlədən iqtisadi davranışlar gizli psixoloji düyünlər üzərində durur, yəni birincinin həlli ikincidən asılıdır.

M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment