Sosializm məktəbinə görə kamil insan nəzəriyyəsi
Bu
məktəbə görə, insanın kamilliyi və naqisliyi iki məsələdə ümumiləşir.
Kamillik
insanın ictimailiyindədir.
Bəşərin
fərdi cəhətlərinin çoxluğu isə onun naqisliyidir.
İnsan
“mən” olduğu qədər naqisdir.
Sosializm
məktəbinə görə, insan “mən”-dən əl çəkib “biz”-ə can atmalıdır.
İnsanın
“mən”-dən əl çəkməsi konsepsiyasına görə Sosializm məktəbi ilə İslam məktəbi
oxşardır.
Lakin,
mühüm fərq ondan ibarətdir ki:
-
Sosializm məktəbi “mən”-i “biz” ilə;
-
İslam məktəbi isə “mən”-i “o” (yəni Allah) ilə
əvəz
etməyi öyrədir.
Sosializm
məktəbinə görə, hər şey “biz”im olanda insanlar bir-birinə yaxınlaşır.
Fərdiçilik
naqislikdir və bunun əsasında xüsusi mülkiyyət dayanır.
Ona görə
də mülkiyyət xüsusi yox, ictimai, yəni hamının olmalıdır.
M.Mütəhhərinin
“Kamil insan” əsərindən istifadə olunmuşdur
No comments:
Post a Comment