Sosializm
məktəbinin əsas səhvi
Sosializmin gücü yalnız “mülkiyyətin” fərdə
deyil, ictimaiyyətə (hamıya) məxsusluğu ideyası qədərdir.
Əslində isə insanın mülkiyyətə sahibliyi
onu “mən” edib, “biz”-dən ayırmır.
Məhz, insanın mülkiyyətə qəlbən, mənən
bağlılığı onu “mən” edib, “biz”-dən ayırır.
Sosializm deyir ki, “mən”dən qurtulması
üçün mülkiyyəti, material dəyərləri zorla insandan al.
İslam isə deyir ki, mülkiyyəti, material
dəyərləri zorla insandan alma, insanı elə tərbiyə et ki, o, həmin maddi dəyərlərə
sahib olsun, lakin onların qarşısında əzilməsin.
Beləliklə, insan kamilliyə yetişsin və
“mən”i məcburən, yox, ixtiyari olaraq əzsin.
Sosializmin “biz”i heç nəyi olmayan
insanlardır.
İslamın “biz”i isə hər şeyi olan, lakin
mənəviyyatı o şeylərdən uca olan insanlardır.
M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə
olunmuşdur
No comments:
Post a Comment