Beləliklə, M.Mütəhhərinin “Kamil insan”
əsərinin başlıca ideyaları:
- İnsanın kamilliyi onun bütün insani
istedadlarının tarazlığındadır.
- Haqqın dərdi acı deyil, ləzzətlidir.
- Agahlıq və sayıqlıqla olan narahatlıq,
cahillik və xəbərsizliklə olan rahatlıqdan üstündür.
- Vüsal dünyavi eşqin dəfn yeridir.
- Həqiqi səbr mübarizəsizlik deyil, mübarizəni
davam etməkdə israrlı olmaqdır.
- Həqiqi kamal dünyadan uzaq durmaq
deyil, ona yaxın olduğun halda ondan üz çevirə bilməkdir.
- Ətrafı tanımaq üçün özünü tanı.
- Bütün varlıqlardan fərqli olaraq,
insan öz xislətindən ayrıla bilən yeganə varlıqdır.
- İnsanda iki “mən” var, biri təhlükədir
– onu öldürmək, digəri müqəddəsdir – onu qorumaq lazımdır.
Çətinlik ondadır ki, insan çox zaman bu
iki “mən”i qarışdırır – öldürmək əvəzinə qoruyur, qorumaq əvəzinə öldürür.
M.Mütəhhərinin “Kamil insan” əsərindən
No comments:
Post a Comment