Qandinin iqtisadi fikirlərininə intellektual təsirlər
Qandinin
iqtisadi fikirlərinə bir neçə istiqamətdə intellektual təsirlər mövcud
olmuşdur.
1. Qandiçiliyə
təsir baxımından birincisi və əsası Rousseau and David Thoreau-nun “çobanvari
romantizm”idir.
Bunun
nəticəsində onun bütün insanların daxili xeyirxahlığına, o cümlədən müəyyən bir
qrupun isə opponentliyinə (yəni, o, ingilis müstəmləkəçilərinə düşmən deyil,
opponent (qarşı tərəf) kimi yanaşırdı) inamı formalaşdı.
Qandinin
1920-ci ildə başladığı “qeyri-zorakı vətəndaş itaətsizliyi” hərəkatı Thoreau-nun
ideyaları ilə təsirlənmiş və Britaniya qanunlarının “ədalət hissi”nə
yönəlmişdir.
2. Qandi
Ruskin-in heterodoks təliminin (doktrinasının) dərin alüdəçisi olmuşdur.
Bu təlimə görə,
xalqın sərvəti onun əmtəə istehsalı və istehlakında deyildir.
Xalqın sərvəti
onun insanlarıdır.
3. Qandıçılıkdə
haqqın, ədalətin və qeyri-zorakılığın səmərəliliyinə fövqəladə inam mövcuddur.
Bu, onun Lev
Tolstoyun əsərləri ilə tanışlığından, eləcə də Hindu və Xristian teologiyası
barədə müfəssəl məlumatlılğa malik olmasından irəli gəlmişdir.
D. M. Nachane-nin tədqiqat işindən istifadə
olunmuşdur
No comments:
Post a Comment