Monday, June 29, 2015

Qandinin iqtisadi fikirləri (4)

Qandinin iqtisadi fikirlərininə intellektual təsirlər

Ardı

Çətin təəccüblü görünsün ki, belə fərqli intellektual varisliklə Qandiçilik iqtisadiyyatı ənənəvi sərbəst iqtisadiyyatın texniki aspektlərini aşa bilmişdir.

Qandiçilik iqtisadiyyatı iqtisadiyyatın məhsuldar qüvvələrinin təşkilinin əxlaqi nizamnaməsinə çevrilmişdir.

O, iqtisadiyyat ilə əxlaq arasında kəskin sədd çəkməmiş, bu iki fenomeni biri-birindən ayırmamışdır.

Bu barədə o, Yeni Hindistan nəşrində (13 Oktyabr 1921-ci il) çap olunan məqaləsində qeyd edir.

O, sonrakı yazılarda da bu mövqeyini daha əsaslı şəkildə qabartmışdır.

O yazır:

“Düzgün ekonomiks (iqtisadiyyat) digər doğru əxlaqlar kimi heç zaman yüksək əxlaqi standartlara qarşı deyildir…

Düzgün ekonomiks sosial ədalətə xidmət edir.

Bu, zəiflər də daxil olmaqla sosial bərabərliyin bütün üstünlüklərini önə çəkməklə ləyaqəti yaşam üçün əvəzolunmazdır”.


D. M. Nachane-nin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment