Thursday, June 18, 2015

Qandinin iqtisadi fikirləri (1)

Mohandas Karamçand Qandi (Mahatma Qandi) (1869 –1948) – Hindistan azadlıq hərəkatının lideri olmuşdur.

Qandinin iqtisadi baxışları əksər iqtisadçı mütəfəkkirlər tərəfindən adətən utopik ideyalar kimi qiymətləndirilir.

Bu xüsusiyyət siyasətçilər və geniş ictimaiyyət arasında bir-birinə tam əks olan iki reaksiya doğurmuşdur:

Çoxluq onun dərin ruhi-mənəvi halətini əks etdirdiyinə görə iqtisadi bağışlarına hörmət edir, lakin real həyatda tətbiqi baxımından buna tam şübhəli yanaşır.

Lakin, kiçik azlıq isə bu utopik baxışları yoxsul ölkənin müstəmləkə istilası tarixi nəticəsində bərbad olmuş iqtisadi dürumunu yaxşılaşdıra biləcək yeganə alternativ hesab edir.
Qandi iqtisadiyyatının prinsipləri deyilən anlayış mövcud deyil.

Qandi iqtisadiyyatı yaşam tərzinin bir hissəsidir.
Belə ki, iqtisadi nəzəriyyə kitablarında qeyd olunan adi qanunlar şəklində xüsusi prinsiplərə malik deyildir.

Qandinin iqtisadi, sosial, siyasi və digər mülahizələrini iki həyat prinsipi idarə edir: həqiqət və qeyri-zorakılıq.



Vikipediadan və D. M. Nachane and J. C. Kumarappa müəlliflərinin əsərlərindən istifadə olunmuşdur

No comments:

Post a Comment