Ardı:
M.Mütəhhərinin “Kamil insan” əsərinin
başlıca ideyaları:
- Nəfslə mübarizədə insan özünü öz
gözündə kiçiltməlidir, lakin insan özünün həqiqi izzətini və hörmətini heç bir
halda kiçiltməməlidir.
- Əgər özünü tanısan və tapsan özünlə
uzun müddətdə tək qalmağına dözə biləcəksən.
Uzun müddətli mütləq təklik yalnız
ağıllı insanlar üçün rahatdır.
- Zalıma rəhm etmək məzluma zülm etməkdir.
Çox zaman ürəyiyumşaqlıq cəmiyyətə qarşı
zülmdür.
- Həqiqətən, qüdrətli və
güclü insanın başqalarına qarşı kini və həsədi az olar.
- Birinə əziyyət etmək bahasına başa gələn səxavət düzgün davranış
deyil.
- Mütləq Haqqa bağlılıqdan başqa, hər bir bağlılıq azadlığa
məhdudiyyətdir.
Həqiqi azadlıq
Allaha bağlılıqdan başqa heç bir şeylə yaranmır.
- İnsan Allahın zikrində nə qədər çox qərq olarsa, nəticədə özünü
tanıyacaq və tapacaq.
M.Mütəhhərinin “Kamil insan” əsərindən
No comments:
Post a Comment