Tuesday, June 17, 2014

İslam iqtisadi sistemi (1)

Giriş
Bitkin və dolğun həyat yolu olaraq İslam yaşam və cəmiyyətin bütün sferaları üçün təlimatlar və qaydalar təqdim edir.
Təbii ki, hazırkı iqtisadi sistem malların və xidmətlərin istehlakı, bunun orta mübadilə vasitəsilə asanlaşdırılması kimi məsələlərdən ötrü sağlam bir cəmiyyət üçün vacibdir və bu, insanların maddi və digər həyati məqsədlərinin reallaşmasında böyük rol oynayır.
İslamda bu kimi iqtisadi sistemlərə tətbiq olunması üçün ədalətə və düzgünlüyə əsaslanan müəyyən standartlar təsbit edilmişdir.
Bu standartların məqsədi tez-tez müxtəlif sosial-iqtisadi təbəqələr arasında meydana gələn ziddiyyətlərin qarşısının alınmasından ibarətdir.
Əlbəttə ki, bu bir həqiqətdir ki, pul yığımı başqaları ilə iqtisadi münasibətlərdə iştirak edən hər bir fərdi düşündürür.
Halbuki, hələ də bu standartlar pulu cəmiyyətin ən vacib elementləri sırasında tutsa da, onlar bu faktı da unutmurlar ki, bu mövqe bəşər varlığının real hədəfi baxımından Allaha ibadətdən sonra ikinci dərəcəlidir.
İslam iqtisadi sistemində maliyyə gəlirlərinin və xərclərinin, idxalın və ixracın, eləcə də digər iqtisadi satistik göstəricilərin dəqiq məbləği (həcmi) son dərəcədə mühüm deyildir.

www.islamreligion.com

No comments:

Post a Comment