Thursday, June 12, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (25)

Məqayə epiloqu ümumiləşdirərək qeyd edə bilərik ki:
Mövzu maraqlıdır və bəzi təhlillər faydalı şəkildə aparılmışdır.
Lakin, eyni zamanda İslam ölkələrinin iqtisadi inkişaf səviyyəsinə təsir göstərən amillər burada qərəzli və birtərəfli qaydada tədqiq olunmuşdur.
Qurani-Kərimin hökmləri qüsurlu şəkildə şərh (təvsir) edilmişdir.
İslam ölkələrində əhalinin yüksək təbii artımına hər nəfərə düşən milli gəliri azaldan amil kimi baxılmışdır.
Halbuki, əhalinin təbii artımı bir tərəfdən işçi qüvvəsi olaraq yüksək iqtisadi artımın birbaşa amilidir.
Digər tərəfdən isə, əhalinin təbii artımı bəşəri dəyər olaraq bütün püxtələşmiş sosial-iqtisadi sistemlərin hədəfidir.
İslamın axirət həyatı isə konsepsiyası iqtisadi agentlərin maddi (material) artım potensialını əsla zəiflətmir.
Əksinə, bu, yabanı iqtisadi sistemin başlıca sosial elementi olaraq yoxsul və ehtiyaclı qrupları müdafiə etmək, onlara yardım göstərmək baxımından insan cəmiyyəti üçün ən kamil sosial dəyərdir.

No comments:

Post a Comment