Sonra müəllif belə davam edir:
“Bu gün heç bir məcburiyyət yoxdur, lakin
borcverənlər arasında cəlbedici faiz dərəcələri üzrə rəqabət mövcud olmaqdadır.
”
Müəllif qeyd edir ki, guya, İslami vergi rejimi
resursların bölgüsünə, məhsuldarlığa və innovasiyaya mənfi təsirə malikdir.
Müəllif yazır ki, guya:
“Dünyəvi və şəri qanunlar arasındakı ziddiyyət
hüququn qeyri-effektivliyinə, yuristik institutlara etimadın zəifləməinə,
məhkəmələrdə mənəvi risklərə, mülkiyyət və müqavilə hüquqlarında
məhdudiyyətlərə xidmət edə bilər ki, bütün bunlar da neqativ iqtisadi
nəticələrə gətirib çıxarır.
Nitq azadlığına və
qanunverici hakimiyyətin gücünə qarşı dini məhdudiyyətlər demokratik
hüquqlarla, institutlarla, siyasi azadlıqla və cəmiyyətdə korrupsiyanın ifşa
edilməsi və qarşısının alınması məsələləri ilə ziddiyyət təşkil edə bilər ki,
bunlar da yenə neqativ iqtisadi təsirlərə malikdir.
Bütün bunlara
ümumilikdə motivasiyanın azalmasına təsir edən amillər kimi baxıla bilər.”
No comments:
Post a Comment