Qeyd olunan məsələlərin vacibliyi şübhə doğurmasa
da, İslam daha çox iqtisadi sistemin ruhuna önəm verir.
İslam qanunlarını tətbiq edən və İslami
davranışları təbliğ edən cəmiyyət baxımından bu, bütün sistemi – sosial,
iqtisadi və digər aidiyyatlı məsələləri özündə ehtiva edir.
İslam öyrədir ki, Allah həyat verdiyi hər kəs üçün
təminat sistemi yaratmışdır.
Bu baxımdan, dünya millətləri arasında təbii
resurslara sahib olmaqdan ötrü gedən rəqabət illüziyadan başqa bir şey
deyildir.
Baxmayaraq ki, Yer kürəsi bəşəriyyətin
ehtiyaclarının ödənilməsi baxımından kifayət qədər səxavətli yaradılmışdır, bu
resursların kəşf olunması, hasilatı, emalı və bölgüsü insanların üzərinə düşür.
İslam elə bir inam, etiqad sistemindən ibarətdir
ki, bu sistem fərd ilə onun Yaradanı, fərd ilə bəşəriyyət, fərd ilə kainat,
hətta fərd ilə özü arasında münasibətlərin formalaşmasına xidmət edir.
Bu mənada, İslam insan davranışı sistemini
tənzimləyir ki, bunun tərkib elementlərindən biri də iqtisadi davranışdır.
www.islamreligion.com
No comments:
Post a Comment