Monday, June 2, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (22)

Müəllif qeyd edir ki, guya,
başqa dinlərdən fərqli olaraq, gündəlik dini vacibatlara və Ramazan kimi hər il baş tutan təntənələrə sərf olunan vaxt iqtisadi baxımdan məhsuldar fəaliyyətə ayrılan zamanı daraldır. 
Din fatalizmə (qədərçiliyə) və məmnunluğa qarşı münasibətə töhfə verir.
Hətta, neft sərvəti ilə zəngin olan ölkələrdə industrial inkişafın məqsədləri üçün resurslardan səmərəli istifadə məsələlərində bariz uğursuzluqlar mövcuddur.
Guya, faiz ödənişlərinin qadağan olunması ilə maliyyə institutlarına tətbiq olunan məhdudiyyətlər maliyyə kapitalı üzrə azad bazar münasibətlərinə xələl gətirə, səmərəsizliyə səbəb ola, bank sektorunda mənəvi riskin yaranması ilə nəticələnə və sərmayə fondlarını məhdudlaşdıra bilər.
Guya, faiz ödənişləri xidmətinin qadağan olunması faydalı deyildir.
Guya, Quranda müəyyənləşdiriləndən fərqli olaraq, müasir dövrdə faiz ödənişlərinin mənəviyyatsızlıq məsələsi kimi qəbul olunması üçün heç bir səbəb yoxdur.

Qədim zamanlarda insafsız vergi yığıcıları tərəfindən ödənməmiş vergi məbləğləri üçün insanlara ədalətsizcəsinə faiz ödənişi tətbiq olunmuşdur.

No comments:

Post a Comment