Thursday, May 29, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (21)

Müəllif yazır:
“Özünün məişətdaxili cavabdehliklərinə köklənməklə İslam cəmiyyətində qadının rolu doğum səviyyəsinin və bununla da əhalinin təbii artımın səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər ki, bu da hər nəfərə düşən milli gəlir artımının zəifləməsi və yoxsulluq səviyyəsinin artması ilə nəticələnəcəkdir.
Quranda müəyyən olunan müsəlman qadının rolu 7-ci əsr Ərəb adət-ənənələri ilə bağlıdır.
Bu, müasir cinsi bərabərlik standartları ilə uzlaşmır.
Qadınlara qarşı diskriminasiya həmçinin Qadın Hüquqları üzrə Beynəlmiləl Bəyannaməyə və digər beynəlxalq razılaşmalara ziddir.
Bu, eyni zamanda müasir mənəvi standartlara da ziddir.”
O, qeyd edir ki, guya, digər əksər İslami təcrübələr və təlimlər iqtisadi inkişafa qarşıdır.

“İslami təlimin təbiəti inkişaf yönlü açıq təfəkkürlü vətəndaşların ambisiyalarının və potensialının təmin edilməsi baxımından köməkçi ola bilməz.”

Wednesday, May 28, 2014

Epilogue to the article about economic development of Islamic countries (21)

The author writes:
“The role of women in Islamic society, with its focus on domestic responsibilities, may lead to a high birth rate and population growth rate, a correspondingly lower per-capita income growth rate, further contributing to relative poverty.
The role prescribed for women in Islam as outlined in the Quran conforms with Arabic customs in the 7th century.
It does not conform to modern standards of equality and objections to sexism.
Discrimination against women also contravenes the Universal Declaration of Human Rights and other international agreements.
It also contravenes modern standards of morality.”
He points that, as if there are many other practices and teachings of Islam that inhibit economic development.

“The nature of Islamic education may not be helpful in developing open minded citizens fully equipped to fulfill their ambitions and potential.”

Monday, May 26, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (20)

Müəllif belə davam edir:
“Qadın məşğulluğu səviyyəsinin aşağı olmasının iqtisadiyyata təsiri ondan irəli gəlir ki, birgəlirli alilələrin gəliri ikigəlirli ailələrin gəlirindən azdır.
Əgər bu qadınlar ödənişli işlərə cəlb olunasaydılar işçi qüvvəsi 30% artardı ki, bunun da milli gəlir səviyyəsinə 10% civarında töhvəsini təxmin etmək çətin deyildir.
Rəqəmlər necə olursa olsun, əgər potensial işçi qüvvəsinin böyük bir hissəsi işsizdirsə, bu o deməkdir ki, milli gəlir səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır.
Başqa sözlə, bu, milli gəlirin müəyyən faizinin hər il boşa sovrulmasıdır.
Bu gəlir itkisi hər il davam edir.
Buna görə də bu gəlir itkisinin davam etməsi milli gəlir potensialının da itki yığımı ilə nəticələnir.

Beləliklə, qadın məşğulluğu üzrə işçi qüvvəsinin azalması potensial milli istehsal və gəlir səviyyəsini aşağı salır. ”

Sunday, May 25, 2014

Epilogue to the article about economic development of Islamic countries (20)

The author continues:
“The major economic impact of low female participation is due to the fact that one-income families have lower incomes than two income families.
If these women were engaged in paid employment, increasing the labor force by 30%, it is not unreasonable to assume there would be an additional contribution to national income of around 10%.
Whatever the figure may be, if a large proportion of the potential workforce does not work, total national income is reduced by a considerable amount.
Furthermore, this is a percentage of national income that is forgone every year.
This relative income loss persists every year.
Therefore income continually forgone represents an accumulating loss in potential national prosperity.

The limitation on the labor force participation of women reduces potential production and income.”

Thursday, May 22, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (19)

Müəllif yazır:
“Heç bir alternativ yanaşma və səbəb bunu başqa cür əsaslandıra bilməz.
Beynəlxalq Əmək Təşkilatının Dünya Bankı tərəfindən nəşr olunan hazırkı göstəricilərinə görə, Orta Şərqdə və Şimali Amerikada məcmu işçi qüvvəsində qadınların payı 28% təşkil edir, halbuki, dünya üzrə orta göstərici 40%-ə bərabərdir.
Biq qrup olaraq, bu ölkələr dünya üzrə ən aşağı qadın məşğulluğu səviyyəsinə malikdirlər.
Ən aşağı göstəricilərdən biri Səudiyyə Ərəbistanına məxsusdur – 16%.
Ərəbistan Yarmadasından coğrafi cəhətdən uzaqlaşdıqca işçi qüvvəsinin tərkibində qadınların payı da yüksəlir.
Pakistanda bu rəqəm 28,6% təşkil etdiyi halda, Banqladeşdə və İndoneziyada orta dünya səviyyəsinə yaxındır.
Bu, Müsəlman ölkələrində qadınlarla bağlı mədəni dəyərləri əks etdirir, o dəyərlər ki, dini dəyərlərdən fərqli deyildir.
Bu, həmçinin sözügüdən ölkələrdə yüksək doğum səviyyəsindən irəli gəlir.

Bu isə öz növbəsində, cəmiyyətdə qadınların dini baxımdan müəyyənləşdirilən rolunun iqtisadi nəticələrini göstərir.”

Wednesday, May 21, 2014

Epilogue to the article about economic development of Islamic countries (19)

The author says:
“No alternative quotations or excuses can prove otherwise.
Recent figures from the International Labor Organization, published by the World Bank, indicate that in the Middle East and North Africa, women comprise 28% of the total labor force whereas the world average is 40%.
As a group, these countries have the lowest female labor force participation rate in the world.
One of the lowest figures is Saudi Arabia with 16%.
As distance from the Arabian Peninsula increases, so does the proportion of women in the labor force.
In Pakistan the figure is 28.6 percent, whereas in Bangladesh and Indonesia the figures are close to world average.
This is a reflection of cultural values regarding women in Muslim countries, values inseparable from religious values.
It is also associated with higher birth rate in these countries.

This religiously prescribed role for women in society has profound economic consequences.”

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (18)

Məqalədə deyilir:
“Mübahisəlidir ki, qadınların cəmiyyətdə statusu və din eyni səviyyədə inkişafı əngəlləyən amillər kimi qəbul edilmir.
Bu amillər qarşılıqlı asılılığa malikdir.
Əgər qadınlar yüksək səviyyəli təhsilə və işə malik olsalar onların uşaqlarının sayı azalacaq.
Qadın məşğulluğu ailə gəlirlərini yüksəldir, eyni zamanda doğum səviyyəsinin düşməsi adambaşına düşən milli gəlirin səviyyəsini artırır.
Bu halda cəmiyyət iqtisadi resursları kapitalın genişlənməsinə deyil, kapitalın dərinləşməsinə yönəldə bilər.
Məsələn, bu o deməkdir ki, böyük əhali kütləsi üçün daha çox sayda yolların, evlərin və məktəblərin tikilməsi əvəzinə daha yüksək texnologiyalı fabriklər inşa etmək olar.
Buna görə də qadınların cəmiyyətdə rolu inkişafın həlledici amilidir.”
Sonra müəllif qeyd edir ki, guya İslam inkişafa mane olur.
O, bunu, guya, Quranın “qadınlar kişilərdən zəifdir” deməsi ilə əsaslandırır.

Monday, May 19, 2014

Epilogue to the article about economic development of Islamic countries (18)

The article says:
“Being more controversial, the status of women and religion have not received the same attention as factors limiting development.
These factors are inter-related.
If women achieve a high level of education and workforce participation, they may have fewer children.
Female employment provides higher family incomes, while lower fertility assists in achieving higher per-capita income growth.
Society can then devote more resources to capital "deepening" rather than capital "widening".
This means for example that rather than building more roads, houses and schools for a higher population, more high technology factories can be built.
Therefore the role of women in society is a critical factor in development. ”
Then the author says that, as if Islam constraints to development.

He argues, as if Quran says that: In Islam, women are inferior to men.

Sunday, May 18, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (17)

Məqalədə deyilir:
“İnkişaf etməkdə olan ölkələrin hökumətlərinin cavabdeh olduqları digər çoxlu sayda amillər, şərtlər mövcuddur ki, onları inkişafın əngəlləri sırasına aid etmək olar.
Bura səlis idarəçilik mexanizminin olmamasından tutmuş, qeyri-uyğun hədəflər və korrupsiya məsələlərinə qədər olanlar daxildir.
Birinci kateqoriya üzrə əksər ölkələr isə müxtəlif uğurlarla müşaiyət olunan özünəgüvən inkişaf yolunu seçmişlər.
Bu metod ixrac sahələrini formalaşdırmaqdan ötrü istehsal texnologiyası üzrə ən yaxşı dünya təcrübəsindən istifadəyə əsaslanan senaye sahələrini ehtiva edir.
Qeyri-uyğun hədəflər məsələsi dinin təsir edə biləcəyi fenomendir.
İqtisadçılar inkişafa kömək edən sosial faktorlar çoxluğunu müəyyən etmişlər.

Bura hüquq, təhsil, səhiyyə və aşağı doğum səviyyəsi daxildir.”

Friday, May 16, 2014

Epilogue to the article about economic development of Islamic countries (17)

The article says:
“There are many other circumstances however that are within the responsibility of a developing country government that also lead to development failure.
These range from well-meaning mismanagement, to inappropriate objectives, to ruinous corruption.
In the first category, many countries have attempted paths of self-reliant development with mixed success.
The accepted method now is to try to attract industries that use "world best practice" production techniques to generate export industries.
The area of inappropriate objectives is one where religion may have an influence.
Economists have identified a range of social factors that assist development.

These include the rule of law, education, health and low rates of fertility.”

Wednesday, May 14, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (16)

Müəllif yazır:
“İnkişaf etmiş ölkələr aşağı rentabelli aqrar sektoru hər il toplam 350 milyard ABŞ dolları məbləğində subsidiyalaşdırmaqla kasıb ölkələrdə bu sahələr üzrə istehsala, bazara və gəlirlərə zərbə vururlar.
Müqasiyə üçün qeyd edək ki, həmin ölkələrə xarici yardımların həcmi isə 50 milyard ABŞ dolları qədərdir.
Bu ədalətsiz siyasəti varlı ölkələrin kasıb ölkələrə qarşı istilası kimi qiymətləndirmək olar.
Əksər inkişaf etməkdə olan ölkələr bu mənada haqlı olaraq şikayətlənirlər ki, onların yoxsulluğunun səbəbi özlərindən qaynaqlanmır.
Ölkələr arasında qlobal gəlir bölgüsü və mövcud qeyri-bərabərlik bir tərəfdən, məhz, qeyd olunan ədalətsiz ticarət siyasətinin nəticəsidir.
Lakin bu, məxsusi olaraq İslam ölkələrinə yönəlmiş siyasət deyildir.
Bu, dünya ictimaiyyətinin rifahı üçün hansı yol ən yaxşıdır məsələsində şəxsi maraqlarla milli maraqların qarşırurmasından irəli gəlir.

Bu siyasətlərin nəticəsində əksər inkişaf etməkdə olan ölkələrin böyük iqtisadi inkişafa nail olmaq imkanları öz ixtiyarlarında deyildir.”

Tuesday, May 13, 2014

Epilogue to the article about economic development of Islamic countries (16)

Author writes:
“Instead they subsidize farm inefficient production in their own counties to the value of US$350 billion annually, depriving poor countries of this production, market, and income.
By comparison, foreign aid is only US$50 billion.
This immoral policy can be described as amounting to a kind of extortion by rich countries against the poor.
Many developing countries are quite justified in complaining that for this reason their relative poverty is not their fault.
The global distribution of income, and inequality between countries, is partly caused by this inequitable trade policy.
But it is not a policy specifically directed at Islamic countries.
It is a case of vested interests and national interests overriding what is best for the welfare of the world community.
By policies such as this, many developing countries are constrained from achieving greater economic development by circumstances beyond their control.

Monday, May 12, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (15)

Müəllif xarici ticarət məsələlərinə köklənərək yazır:
“İxtisaslaşmanın üstünlükləri və beynəlxalq səviyyədə istehsalın təbii müqayisəli üstünlüklərə malik ölkələrə yenidən bölgüsü hesabına ticarətdən bütün tərəflər faydalana bilirlər.
Bu baxımdan, heç bir ölkə tərəfindən idxalın məhdudlaşdırılması, kvotalar və tariflər şəklində ticarətə bu və ya digər manelər yaradıltmamalıdır.
Elə, 1930-cu illərin böhranı da bir tərəfdən proteksionizm siyasəti nəticəsində dünya ticarətinin çöküşündən meydana gəldi.
Tariflər və Ticarət üzrə Ümumi Anlaşma (GATT), indi isə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) buna qarşı mübarizə olaraq təsis edilmişdir.
Hazırkı beynəlxalq ticari qaydalar inkişaf etməkdə olan ölkələrə sərfəli deyildir, fəqət inkişaf etmiş ölkələr tərəfindən özlərinin maraqlarına uyğun qurulmuşdur.
Əksər inkişaf etməkdə olan ölkələrdən gözləntiləri bundan ibarətdir ki, onlar kənd təsərrüfatı məhsullarının ixaracını davam etdirsinlər.

Hələ də Avropa Birliyi, ABŞ və Yaponiya sistemli şəkildə ÜTT tərəfindən kənd təsərrüfatı məhsulları üzrə müəyyən olunan ticari şərtləri pozurlar.”

Sunday, May 11, 2014

Epilogue to the article about economic development of Islamic countries (15)

Focus on foreign trade issues the author writes:
“Through the benefits of specialization, and the international redistribution of production to countries with natural comparative advantage, all parties can benefit from trade.
In this view, no country should have barriers to trade, in the form of import restrictions, quotas or tariffs.
The 1930s depression was partly caused by a collapse or world trade due to protectionism.
The General Agreement of Tariffs and Trade (GATT), now the World Trade Organization (WTO) was set up to safeguard against this.
Current trading rules do not benefit developing countries, but have been manipulated by developed countries to suit themselves.
For many developing countries their only hope of exports is that of agricultural goods.

Yet the EU, the USA and Japan have systematically prevented the rules of free trade as defined by the WTO from applying to agricultural goods.”

Wednesday, May 7, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (14)

Müəllif yazır ki,
İqtisadi potensialın realllaşmamasının səbəbi daxili uğursuzluq və ya xarici çatışmazlıqlar ola bilər.
Daxili, yaxud yerli səbəblərə cavabdeh dövlətdir.
Bu, uğursuz iqtisadi siyasətdən, ünvansız siyasətdən və ya korrupsiya kimi institusional problemlərdən irəli gələ bilər.
Sadalanan bu amillər isə özlüyündə din siyasəti və durumu isə  əlaqəli ola bilər.
Xarici amillər isə ticarət münasibətləri ilə bağlı ola bilər, hansı ki, ölkə ixrac potensialını ticari məhdudiyyətlər səbəbindən reallaşdıra bilmir və nəticədə kapital yığımları üçün zəruri olan maliyyə resurslarından məhrum olur.
Ticarət məsələlərinə iqtisadi baxışlar adətən birmənalı olmur.

Tanınmış iqtisadçılardan biri olan David Rikardonun yanaşmasına görə, beynəlxalq ticarət nəticədə qalıblərin və məğlubların olacağı oyun deyildir.

Tuesday, May 6, 2014

Epilogue to the article about economic development of Islamic countries (14)

The author writes that,
When an economic potential is not realized, the reasons may be internal failure or external constraint.
Internal or domestic reasons are those for which the domestic government is responsible.
This could be a failure of economic policy, misdirected policy or a failure of implementation due to institutional failure such as corruption.
Any of these internal factors may possibly be related to religious policies or practices.
An external factor may be related to trade, where a country faces barriers to its potential exports, depriving it of financial resources necessary for capital accumulation.
In matters of trade, there are often conflicting economic viewpoints.

Since the contribution of one of the famous economists David Ricardo, it has been recognized that international trade is not just a game of winners and losers.

Monday, May 5, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (13)

Sonra məqalədə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları təsvir olunur:
“İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının nəzəri əsasları iqtisadçılar tərəfindən geniş öyrənilmişdir. Tədqiq olunmuşdur ki, bu ölkələrin durumu inkişaf etmiş ölkələrdən necə fərqlənir və onlar həmin səviyyədə inkişafa necə nail ola bilərlər.
İnkişaf etməkdə olan ölkələr üçün kənd təsərrüfatının inkişafı, nəqliyyatın və digər sosial infrastrukturun qurulması, ixrac gəlirlərinin artırılması, eləcə də maliyyə kapitalının idxalı kimi müxtəlif inkişaf mərhələləri təklif olunmuşdur.
Göstərilir ki, nail olunacaq artım dərəcəsi yığımların səviyyəsindən – gəlirlərin istehlaka nəzərən artıqlığından asılıdır. 
Bu yığımlar sonralar fiziki kapitala investisiyalar şəklində istifadə oluna bilər.
Bu isə, tədiyə balansının üzə çıxardığı nəticə ilə - ixracın idxaldan artıqlığı ilə tamamlanır.
Təbii resurslarla zənginlik, iqlim şəraiti, əhali, eləcə də institusional mühit kimi əlavə amillər də burada təsirsiz deyildir.

Bunların nəticəsində regional və milli səviyyələrdə gəlirlərin artım potensialı üzə çıxır.”

Sunday, May 4, 2014

Epilogue to the article about economic development of Islamic countries (13)

Then the article describes developing country economics:
“Economists have long theorized about the economics of developing countries, how their situation differs from developed countries and how they may best achieve development.
Various development stages are described for the developing economy such as moving from subsistence agriculture, the building of transportation and other social infrastructure, and the developing of export revenue to finance capital imports.
The rate of growth that can be achieved is determined by the amount of savings – the surplus of income over consumption.
These savings can then be used for investment in physical capital.
Over riding this is a constraint imposed by the balance of payments – the surplus of exports over imports.
Additional factors such as the natural resource endowment, constraints due to climate and population as well as the institutional environment may also have an impact.

This may define a certain income growth potential associated with a region or nation state.”

NEW ARTICLE

Author’s article of “Sistema macroeconomico sostenibile: quadro e politica fiscal” (Sustaibable macroeconomic system: fiscal framework and policy)” has been published in the Italian Academic and Scientific Journal of “Italian Science review” in April 2014. Read the article in the following link. 

Friday, May 2, 2014

YENİ MƏQALƏ

Müəllifin İtaliyanın akademik və elmi nəşri olan Italian science review” Jurnalının “Aprel 2014-cü il” buraxılışında “Sistema macroeconomico sostenibile: quadro e politica fiscal” (Dayanıqlı makroiqtisadi sistem: fiskal çərçivə və siyasət) adlı məqaləsi dərc edilmişdir. Məqaləni aşağıdakı linkə daxil olmaqla oxuya bilərsiniz.

Thursday, May 1, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (12)

Sonra o, belə yazır:
“Şübhəsiz ki, imperializm yolu ilə ərazilərin fəth edilməsi bu işdə müəyyən rol oynamışdır, lakin bu, əsas amil olmamışdır.
Əsas etibarilə, burada vacib tarixi amillər elmin inkişafı və hüquq sistemi ilə bağlı olmuşdur ki, bunların nəticəsində bazar qüvvələri və digər məsələlər həllini tapmışdır.
Elmi metodların tətbiqi kəşf və ixtiralara imkan vermişdir ki, bunun da nəticəsində sənaye inqilabı mümkün olmuşdur.
Hüquq sistemi özəl mülkiyyət və sonralar insan haqqlarının qorunmasını təmin etmişdir ki, bunun nəticəsində yaranmış şəraitdə insan əməyinin bəhrəsi istila və məhrumiyyətdən azad olmuşdur.
Münbit hüquqi şəraitdə bazar qüvvələri (institutları) fiziki kapitalın və sərvətin akkumulyasiyasına imkan vermişdir.
Burada Xristianlığın başlıca rolu ondan ibarət olmuşdur ki, elmin istifadəsi çətinləşmiş və bu proses əsrlərlə başa gəlmişdir.
İntibah nəticəsində isə dinin bu prosesə müqavimət gücü zəifləmişdir.

İslamın bu prosesdə rolu ondan ibarət olmuşdur ki, öz cəmiyyətinin inkişafında müəyyən maneələrə səbəb olmuş, öncə önə keçmiş, sonralar isə Qərbin sürətindən geri qalaraq onun idxalatçısına  çevrilmişdir.”