Wednesday, May 14, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (16)

Müəllif yazır:
“İnkişaf etmiş ölkələr aşağı rentabelli aqrar sektoru hər il toplam 350 milyard ABŞ dolları məbləğində subsidiyalaşdırmaqla kasıb ölkələrdə bu sahələr üzrə istehsala, bazara və gəlirlərə zərbə vururlar.
Müqasiyə üçün qeyd edək ki, həmin ölkələrə xarici yardımların həcmi isə 50 milyard ABŞ dolları qədərdir.
Bu ədalətsiz siyasəti varlı ölkələrin kasıb ölkələrə qarşı istilası kimi qiymətləndirmək olar.
Əksər inkişaf etməkdə olan ölkələr bu mənada haqlı olaraq şikayətlənirlər ki, onların yoxsulluğunun səbəbi özlərindən qaynaqlanmır.
Ölkələr arasında qlobal gəlir bölgüsü və mövcud qeyri-bərabərlik bir tərəfdən, məhz, qeyd olunan ədalətsiz ticarət siyasətinin nəticəsidir.
Lakin bu, məxsusi olaraq İslam ölkələrinə yönəlmiş siyasət deyildir.
Bu, dünya ictimaiyyətinin rifahı üçün hansı yol ən yaxşıdır məsələsində şəxsi maraqlarla milli maraqların qarşırurmasından irəli gəlir.

Bu siyasətlərin nəticəsində əksər inkişaf etməkdə olan ölkələrin böyük iqtisadi inkişafa nail olmaq imkanları öz ixtiyarlarında deyildir.”

No comments:

Post a Comment