Thursday, May 1, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (12)

Sonra o, belə yazır:
“Şübhəsiz ki, imperializm yolu ilə ərazilərin fəth edilməsi bu işdə müəyyən rol oynamışdır, lakin bu, əsas amil olmamışdır.
Əsas etibarilə, burada vacib tarixi amillər elmin inkişafı və hüquq sistemi ilə bağlı olmuşdur ki, bunların nəticəsində bazar qüvvələri və digər məsələlər həllini tapmışdır.
Elmi metodların tətbiqi kəşf və ixtiralara imkan vermişdir ki, bunun da nəticəsində sənaye inqilabı mümkün olmuşdur.
Hüquq sistemi özəl mülkiyyət və sonralar insan haqqlarının qorunmasını təmin etmişdir ki, bunun nəticəsində yaranmış şəraitdə insan əməyinin bəhrəsi istila və məhrumiyyətdən azad olmuşdur.
Münbit hüquqi şəraitdə bazar qüvvələri (institutları) fiziki kapitalın və sərvətin akkumulyasiyasına imkan vermişdir.
Burada Xristianlığın başlıca rolu ondan ibarət olmuşdur ki, elmin istifadəsi çətinləşmiş və bu proses əsrlərlə başa gəlmişdir.
İntibah nəticəsində isə dinin bu prosesə müqavimət gücü zəifləmişdir.

İslamın bu prosesdə rolu ondan ibarət olmuşdur ki, öz cəmiyyətinin inkişafında müəyyən maneələrə səbəb olmuş, öncə önə keçmiş, sonralar isə Qərbin sürətindən geri qalaraq onun idxalatçısına  çevrilmişdir.”

No comments:

Post a Comment