Thursday, May 29, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (21)

Müəllif yazır:
“Özünün məişətdaxili cavabdehliklərinə köklənməklə İslam cəmiyyətində qadının rolu doğum səviyyəsinin və bununla da əhalinin təbii artımın səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər ki, bu da hər nəfərə düşən milli gəlir artımının zəifləməsi və yoxsulluq səviyyəsinin artması ilə nəticələnəcəkdir.
Quranda müəyyən olunan müsəlman qadının rolu 7-ci əsr Ərəb adət-ənənələri ilə bağlıdır.
Bu, müasir cinsi bərabərlik standartları ilə uzlaşmır.
Qadınlara qarşı diskriminasiya həmçinin Qadın Hüquqları üzrə Beynəlmiləl Bəyannaməyə və digər beynəlxalq razılaşmalara ziddir.
Bu, eyni zamanda müasir mənəvi standartlara da ziddir.”
O, qeyd edir ki, guya, digər əksər İslami təcrübələr və təlimlər iqtisadi inkişafa qarşıdır.

“İslami təlimin təbiəti inkişaf yönlü açıq təfəkkürlü vətəndaşların ambisiyalarının və potensialının təmin edilməsi baxımından köməkçi ola bilməz.”

No comments:

Post a Comment