Monday, May 12, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (15)

Müəllif xarici ticarət məsələlərinə köklənərək yazır:
“İxtisaslaşmanın üstünlükləri və beynəlxalq səviyyədə istehsalın təbii müqayisəli üstünlüklərə malik ölkələrə yenidən bölgüsü hesabına ticarətdən bütün tərəflər faydalana bilirlər.
Bu baxımdan, heç bir ölkə tərəfindən idxalın məhdudlaşdırılması, kvotalar və tariflər şəklində ticarətə bu və ya digər manelər yaradıltmamalıdır.
Elə, 1930-cu illərin böhranı da bir tərəfdən proteksionizm siyasəti nəticəsində dünya ticarətinin çöküşündən meydana gəldi.
Tariflər və Ticarət üzrə Ümumi Anlaşma (GATT), indi isə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) buna qarşı mübarizə olaraq təsis edilmişdir.
Hazırkı beynəlxalq ticari qaydalar inkişaf etməkdə olan ölkələrə sərfəli deyildir, fəqət inkişaf etmiş ölkələr tərəfindən özlərinin maraqlarına uyğun qurulmuşdur.
Əksər inkişaf etməkdə olan ölkələrdən gözləntiləri bundan ibarətdir ki, onlar kənd təsərrüfatı məhsullarının ixaracını davam etdirsinlər.

Hələ də Avropa Birliyi, ABŞ və Yaponiya sistemli şəkildə ÜTT tərəfindən kənd təsərrüfatı məhsulları üzrə müəyyən olunan ticari şərtləri pozurlar.”

No comments:

Post a Comment