Wednesday, May 21, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (18)

Məqalədə deyilir:
“Mübahisəlidir ki, qadınların cəmiyyətdə statusu və din eyni səviyyədə inkişafı əngəlləyən amillər kimi qəbul edilmir.
Bu amillər qarşılıqlı asılılığa malikdir.
Əgər qadınlar yüksək səviyyəli təhsilə və işə malik olsalar onların uşaqlarının sayı azalacaq.
Qadın məşğulluğu ailə gəlirlərini yüksəldir, eyni zamanda doğum səviyyəsinin düşməsi adambaşına düşən milli gəlirin səviyyəsini artırır.
Bu halda cəmiyyət iqtisadi resursları kapitalın genişlənməsinə deyil, kapitalın dərinləşməsinə yönəldə bilər.
Məsələn, bu o deməkdir ki, böyük əhali kütləsi üçün daha çox sayda yolların, evlərin və məktəblərin tikilməsi əvəzinə daha yüksək texnologiyalı fabriklər inşa etmək olar.
Buna görə də qadınların cəmiyyətdə rolu inkişafın həlledici amilidir.”
Sonra müəllif qeyd edir ki, guya İslam inkişafa mane olur.
O, bunu, guya, Quranın “qadınlar kişilərdən zəifdir” deməsi ilə əsaslandırır.

No comments:

Post a Comment