Monday, May 26, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (20)

Müəllif belə davam edir:
“Qadın məşğulluğu səviyyəsinin aşağı olmasının iqtisadiyyata təsiri ondan irəli gəlir ki, birgəlirli alilələrin gəliri ikigəlirli ailələrin gəlirindən azdır.
Əgər bu qadınlar ödənişli işlərə cəlb olunasaydılar işçi qüvvəsi 30% artardı ki, bunun da milli gəlir səviyyəsinə 10% civarında töhvəsini təxmin etmək çətin deyildir.
Rəqəmlər necə olursa olsun, əgər potensial işçi qüvvəsinin böyük bir hissəsi işsizdirsə, bu o deməkdir ki, milli gəlir səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır.
Başqa sözlə, bu, milli gəlirin müəyyən faizinin hər il boşa sovrulmasıdır.
Bu gəlir itkisi hər il davam edir.
Buna görə də bu gəlir itkisinin davam etməsi milli gəlir potensialının da itki yığımı ilə nəticələnir.

Beləliklə, qadın məşğulluğu üzrə işçi qüvvəsinin azalması potensial milli istehsal və gəlir səviyyəsini aşağı salır. ”

No comments:

Post a Comment