Monday, May 5, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (13)

Sonra məqalədə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları təsvir olunur:
“İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının nəzəri əsasları iqtisadçılar tərəfindən geniş öyrənilmişdir. Tədqiq olunmuşdur ki, bu ölkələrin durumu inkişaf etmiş ölkələrdən necə fərqlənir və onlar həmin səviyyədə inkişafa necə nail ola bilərlər.
İnkişaf etməkdə olan ölkələr üçün kənd təsərrüfatının inkişafı, nəqliyyatın və digər sosial infrastrukturun qurulması, ixrac gəlirlərinin artırılması, eləcə də maliyyə kapitalının idxalı kimi müxtəlif inkişaf mərhələləri təklif olunmuşdur.
Göstərilir ki, nail olunacaq artım dərəcəsi yığımların səviyyəsindən – gəlirlərin istehlaka nəzərən artıqlığından asılıdır. 
Bu yığımlar sonralar fiziki kapitala investisiyalar şəklində istifadə oluna bilər.
Bu isə, tədiyə balansının üzə çıxardığı nəticə ilə - ixracın idxaldan artıqlığı ilə tamamlanır.
Təbii resurslarla zənginlik, iqlim şəraiti, əhali, eləcə də institusional mühit kimi əlavə amillər də burada təsirsiz deyildir.

Bunların nəticəsində regional və milli səviyyələrdə gəlirlərin artım potensialı üzə çıxır.”

No comments:

Post a Comment