Wednesday, May 7, 2014

İslam ölkələrinin iqtisadi inkişafı haqqında məqaləyə epiloq (14)

Müəllif yazır ki,
İqtisadi potensialın realllaşmamasının səbəbi daxili uğursuzluq və ya xarici çatışmazlıqlar ola bilər.
Daxili, yaxud yerli səbəblərə cavabdeh dövlətdir.
Bu, uğursuz iqtisadi siyasətdən, ünvansız siyasətdən və ya korrupsiya kimi institusional problemlərdən irəli gələ bilər.
Sadalanan bu amillər isə özlüyündə din siyasəti və durumu isə  əlaqəli ola bilər.
Xarici amillər isə ticarət münasibətləri ilə bağlı ola bilər, hansı ki, ölkə ixrac potensialını ticari məhdudiyyətlər səbəbindən reallaşdıra bilmir və nəticədə kapital yığımları üçün zəruri olan maliyyə resurslarından məhrum olur.
Ticarət məsələlərinə iqtisadi baxışlar adətən birmənalı olmur.

Tanınmış iqtisadçılardan biri olan David Rikardonun yanaşmasına görə, beynəlxalq ticarət nəticədə qalıblərin və məğlubların olacağı oyun deyildir.

No comments:

Post a Comment