Wednesday, January 30, 2013

 
 
Yeni iqtisadi-həndəsi yanaşma: sahə anlayışının tətbiqi məsələsi
 


Xülasə
a) İşin məqsədi: müəyyən məsələnin və ya funksiyanın qiymətləndirilməsində onun determinantlarının alternativ ölçülməsi üsulunun izahı.
b) Seçilmiş metodologiya:  təqdim olunan üsul həndəsi teoremlər vasitəsilə sahə anlayışı əsasında yeni metrikanın tətbiqini nəzərdə tutur. Yeni yanaşmanın izahı məqalədə fərz olunan şərti məsələnin alternativ həlli əsasında verilmişdir.
c) Əldə edilmiş nəticə: verilmiş məsələnin determinantlarının alternativ qiymətləndirilməsi əsasında yeni metrikanın doğruluğunun əsaslandırılması.
 
Açar sözlər: metrika, sahə anlayışı, amillərin avtokorelyasiyası, alternativ həll
 
Giriş
Bu məqalə müəyyən məsələnin və ya funksiyanın qiymətləndirilməsində onun determinantlarının alternativ ölçülməsinin yeni üsuslu (yeni metrika) barəsindədir. Bu usul nisbətən mücərrəd, yəni çoxfaktorlu, eyni zamanda faktorlararası ələqələrin mövcud olduğu məsələlərin daha düzgün qiymətləndirilməsinə imkan verir. Bu xüsusiyyətinə görə təqdim olunan yeni metrika iqtisadi məsələlər üçün daha əlverişli metod kimi istifadə oluna bilər.
 
Metodologiya
Verilən məsələdə iki hesablama metodundan istifadə olunmuşdur: 1. ənənəvi -xətti orta metodu; 2. yeni metrika - həndəsi sahə metodu.

Şərti məsələnin verilənləri:
Fərz edək ki, cəmiyyətin sosial rifah səviyyəsini qiymətləndirmək üçün təqribən bütün istiqamətləri əhatə edən eyni əhəmiyyətliliyə malik 5 sual (amil və ya determinant) müəyyən olunur. Hər suala maksimum 5 bal verilir. Aparılan sorğu və qimətləndirmələrin nəticələri isə belədir:
 
Maksimum bal
Cavab balı
Ailə institutunun inkişafı və gender bərabərliyi
5
4
Əhali gəlirlərinin səviyyəsi və bölgüsü
5
4
Sosial xidmətlərin səviyyəsi və əlyetərliyi
5
3
İnsan haqlarının müdafiəsi, ictimai institutların inkişafı
5
2
Digər amillər
5
2
 
Cəmiyyətin sosial rifah səviyyəsini qiymətləndirək:
Birinci (ənənəvi variant):
-         maksimum 25 bal
-         cavab balı = (4+4+3+2+2) = 15
-          nəticə = 15/25= 60%
 
İkinci variant (yeni yanaşma):
-         Əslində cəmiyyətin umumi sosial rifah səviyyəsi n ədəd faktordan ibarətdir. Eyni zamanda məsələnin şərtinə görə hər faktorun maximumu 5-dirsə, deməli, mumkun mütləq rifah səviyyəsi radiusu 5 olan dairənin sahəsidir (Şəkil 1). Dairənin orta nöqtəsi isə sosial rifah səviyyəsinin ən kiçik qiyməti və ya ən pis halıdır.
Şəkil 1.





 




-         Məsələdə n=5 götürüldüyü üçün maksimum rifah səviyyəsi sözügüdən dairənin daxilinə çəkilmiş bərabərtərəfli beşbucaqlının (ABCDE) sahəsinə bərabərdir (Şəkil 2).
Şəkil 2


 

 

-         Fərdin faktiki cavablarını hər bir amilin üzərində qeyd edirik və yeni beşbucaqlı alırıq (A1B1C1D1E1) (Şəkil 3):
 


 
Şəkil 3



 
-        Deməli, cəmiyyətin sosial rifah səviyyəsi (A1B1C1D1E1) beşbucaqlısının sahəsidir
-        Beləliklə, cəmiyyətin tam rifah səviyyəsinə nəzərən faktiki rifah səviyyəsi (A1B1C1D1E1) beşbucaqlısının sahəsinin (ABCDE) beşbucaqlısının sahəsinə nisbətidir.
-        “Pifaqor teoremi”ndən istifadə etməklə həmin iki fiqurun sahələri nisbətlərini tapiriq ki, bu da 0,36-dır. Yəni cəmiyyətin sosial rifah səviyyəsi 36%-dir.





 Beləliklə, Yeni metrikaya görə cavab 60% deyil, 36%-dir.

Ümumilikdə, təkilif olunan yeni metrikaya görə tətbiqi sahəsindən asılı olaraq məsələnin və ya funksiyanın qiymətləndirilməsi üçün düsturların çıxarışı aşağıdaklı kimidir:
 
Verilənlər:

 
Amilin maksimal balı
Amilin əhəmiyyətlilik dərəcəsi
(∑ = 1)
Respondentin cavabı
1-ci amil
a
w1
b1
2-ci amil
a
w2
b2
3-cü amil
a
w3
b3
(n-1)-ci amil
a
wn-1
bn-1
n-ci amil
a
wn
bn

 
Maksimal bala nisbətən respondent(lər)in cavab səviyyəsi (b):

b = (b1w1* b2w2 + b2w2* b3w3+...+ bn-1wn-1* bnwn + bnwn* b1w1) / (a2 (w1w2 + w2w3+...+ wn-1wn + wnw1))
 





Amillərin əhəmiyyətlilik dərəcəsi eyni olduqda:

b = (b1b2 + b2b3 +...+ bn-1bn + bnb1) / n*a2

Düsturdan göründüyü kimi, təklif olunan kombinasiya amillərin düzülüşündən (ardıcıllığından) bilavasitə asılıdır. Çünki, hər bir amilin yalnız öz həndəsi qonşusu olan amillərə hasili daxil edilir. Bu isə təklif olunan yanaşmanın tətbiq olunduğu məsələdə hər hansı bir amilin müəyyən qrup amillərlə avtokorelyasiyasını nəzərə ala bilmir. Bundan qaçmaq üçün nisbət düsturuna bütün amillərin qarşılıqlı hasilini daxil edirik. Bu halda nəticə amillərin düzülüşündən asılı olmur, həmçinin bütün amillərin qarşılıqlı təsiri nəzərə alınmış olur.




Beləliklə, aşağıdakı düstur bütün amillərin (determinantların) avtokorelyasiyasını nəzərə almağa imkan verir:
 
b = 2 (b1w1* b2w2 + b1w1* b3w3+...+ b1w1* bnwn + b2w2* b3w3+...+ b2w2* bnwn+...+ bn-1wn-1* bnwn) / a2(n2-n) (w1w2 + w1w3+...+ w1wn + w2w3+...+ w2wn+...+ wn-1wn)
 

Məsələnin mahiyyətindən asılı olaraq qarşılıqlı korelyasiyaya malik olmayan hər hansı amillərin hasilini düsturdan çıxarmaqla daha dürüst nəticə almaq mümkündür. Bu xüsusi metod iqtisadi məsələlər üçün daha xarakterikdir.

Ağanemət Ağayev




3-cü mövzu. Ən qədim iqtisadi təlimlər

İqtisadi münasibətlərin insan davranışının ideoloji məsələlərilə əlaqəsini göstərən antik iqtisadi nəzəri təlimlərin bir hissəsi də Qədim Babilistanla (e.ə. XIX -XVI əsrlər) bağlıdır.

Dövlətin iqtisadi agentlərin təsərrüfatçılıq fəaliyyətinə müdaxiləsinin klas­sik formasını bu qədim çarlığın timsalında görmək olur. Tarixi mənbələr göstərir ki, burada torpaq sahələrinin hökmdar adamlarına paylanması bir tərəfdən xüsusi mülkiyyətin möhkəmlənməsinə, icarə münasibətlərinin güc­lənməsinə səbəb olsa da, digər tərəfdən bir sıra ağır sosial problemlərin təməlini qoyurdu. Belə ki, torpaq sahələrinin müəyyən qrup adamların əlində cəm­lənməsi onların daha çox varlanmasına səbəb olurdu. Əhalinin digər qismi isə tamamilə var-yoxdan çıxır, nəticədə imkanlı qrupdan borclanaraq asılı vəziyyətə düşür, kölə və qula çevrilirdilər.

Vəziyyətdən çıxış yolu kimi dövlət xüsusi hüquqi münasibətləri qorumaq və sələm­çilərdən asılılığı zəiflətmək məqsədi ilə yeni qaydaların müəyyən olunması prinsiplərini müəyyən etdi. Hökmdar Xammurap­pinin (e.ə. 1792 - 1750) verdiyi qanunlar həmin dövrün ən maraqlı iqtisadi ideyaları hesab olunur. O, fəa­liyyət göstərən qanunları təkmilləşdirdi, eyni zamanda cəmiy­yətin sosial-iqtisadi inkişafına səbəb olan bir sıra yeni qanunlar qəbul etdi. Onun qanunlar məcəlləsi ilə ölkənin idarə olunmasının, təsərrüfat hə­yatının, insanların, ən əsası da davranış qaydalarının müəyyən hüquqi sistemi təsbit edildi.

İri mülkiyyətlərin qorunması, icarə, ticarətin aparılması, sələmçilik, muzdla işləməklə bağlı verilən bu qanunlar iqtisadi fikir sahəsində edilən mütərəqqi irəliləyiş idi.  

Diqqəti çəkən ən mühüm cəhət budur ki, "güclülərin zəifləri sıxışdırmaması" prinsipi bu qanunların əsas ana xəttini təşkil edirdi. Bu onu göstərir ki, hələ o dövrdə iqtisadi münasibətləri müəyyən əxlaq normaları ilə tənzimləmək idayaları mövcud olmuşdur.

Sələmçiliyə qarşı yönələn Xammurappi qanunla­rında göstərilirdi ki, borcun ödənilməsi mümkün olmadıqda, əlavə faiz verməmək şərti ilə onun müddəti daha bir il də uza­dıl­malıdır. Borclunun icazəsi ol­ma­dan sələmçi borcun əvəzinə onun taxılını götürmək hüquqa malik deyildir.

Həmçinin sələmin həddi ciddi şəkildə müəyyən edilmişdi. Pul formasında sələmin həddi 20%-dən, natural formada isə 33%-dən çox ola bil­məzdi. Bu qanunlarda göstərilirdi ki, sələmçilər borclularla pis rəftar et­dikdə cəzalandırılacaqlar.

Qanunda təsbit olunurdu ki, əgər qul sahibi borclunun arva­dını, oğlunu, qızını, borc əvəzinə satırsa, onda onlar sahiblə­rinə qulluq etməli, tapşırıqlarını yerinə yetirməli, lakin üç ildən sonra onlar azadlığa buraxmalıdırlar.

Beləliklə, Qədim dövrdə Yaxın Şərq dövlətlərində heyvandarlıqla, sənətkarlıqla, tica­rətlə bağlı iqtisadi fikirlərin meydana gəlməsinə səbəb olan Xammurappinin qanunlarında iqtisadi agentlərin davranışlarının dövlət siyasətinin hədəfi kimi müəyyən olunmasını görürük.

Xammurappinin qanunlarında sələmçiliyin ciddi şəkildə məhdudlaşdırılması iqtisadi sistemdə fərdin ifrat səviyyədə varlanmaq istəklərinin cəmiyyətdə ədalətə və sosial rifaha təhdid olduğu qənaətinə gəlinir. Vaxtı çatmış borcu geri almaq borcverənin haqqı olsa da onun borcalanla pis rəftarı yolverilməz hesab olunur. Bu, iqtisadi haqların mənəvi haqlardan aşağıda durması ideyasının bir daha bariz tarixi təsdiqidir.

Ağanemət Ağayev

Tuesday, January 29, 2013


2-nd topic. The most ancient economic theories

Extension for the topic of “About history of differential approaches on theoretical foundations of economics”

The ancient economic theories based on the interpretation of role and efficiency of the main elements of economic systems of that period. The definition of these concepts is the initial stage of economics. In this period, the theoretical issues of economy were in the level of initial understanding of economic relations essence. During the starting period of systematically studying of economic relations the thinking about rationality issues was episodically and disorderly.

The history of economics shows that, in Ancient Egypt formulation of economic ideas regarded government activities on the centralized management field.

Epouser’s aphorisms (in the XIII century BC) are one of important sources in the Ancient Egypt’s economic studying history.

Ipouser learned initial transition period of society changes. He wrote that, the centralized management system – the government serves only for minority of population. He considered that, Egypt’s grain should be used for all categories of population and to achieve this, the unjust lows (different declarations, lows of court) should be abolished.

These papers give special attentions to disruption of regulated organizations. Weakening of control couse inactivity of produsers on the one hand, inactivity of accountants on the other hand. And this situation leads to the violation of people's life and social interests.

He named unemployed producers as enemies of the country. The potential producers that, don’t work, but take portion from overall production in the society lead to population rage. And finally this processes lead to protests of population against centralized government powers.

Evaluation of economic system and behaviours from the social justice point of view is the main advantare of these doctrines. Contradiction issues between institutionalized interests and sicial well-being have been described under the example of economic system.  

Generally, even on the narrow minded platform, we see evaluation of economic power of  leading institutions as the cause of social inequality in the ancien Egypt’s economic doctrines. The main focus is on the social justice in these doctrines. It shows that, thinkers of that period were looking for main weaknesses of economic system on the platform of human problems and human rights.

Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev
 

Aghanemat Aghayev

Monday, January 28, 2013


2-ci mövzu. Ən qədim iqtisadi təlimlər

(“İqtisadiyyatın nəzəri əsaslarına fərqli yanaşmaların tarixi haqqında” mövzusunun davamı)

 
Ən qədim iqtisadi təlimlər həmin dövrün iqtisadi sistemlərinin başlıca elementlərinin rolunun və faydalılığının izahı üzərində qurulmuşdur. Bu anlayışların müəyyən olunması iqtisadi nəzəriyyənin başlanğıc mərhələsidir. Bu dövr iqtisadiyyatın nəzəri məsələləri yalnız iqtisadi münasibətlərin mahiyyətinin ilkin dərk olunması səviyyəsində olmuşdur. İqtisadi münasibətlərin bir sistem kimi öyrənilməsinə başlanıldığı bu dövrdə onun rasionallıq məsələləri barədə fikirlər epizodik, pərakəndə şəkildə mövcud olmuşdır.

İqtisadi təlimlər tarixindən görürürk ki, Qədim Misirdə iqtisadi fikirlərin formalaşması, əsasən dövlətin mərkəzləşmiş idarəetmə sahəsindəki fəaliyyəti ilə bağlı olmuşdur.

Qədim Misirin iqtisadi fikir tarixində mühüm paya malik mənbələrdən biri eradan əvvəl XIII əsrdə yazılmış "İpuserin kəlamları" ilə bağlıdır.

Cəmiyyətin dəyişil­məsinin ilkin keçid dövrünü göstərən İpuserə görə həmin dövrün mərkəzləşdirilmiş idarəetmə sistemi əhalinin çox az hissəsinin mənafeyinə xidmət edir. O, hesab edir ki, Misirin taxılı hamının neməti olmalı, bunun üçün qeyri-ədalətli qanunlar (müxtəlif deklarasiyalar, məhkəmə qanunları) məhv edilməlidir.

Bu yazılarda ciddi reqlamentləşdi­rilmiş təsərrüfatın pozulmasına xüsusi diqqət verilir. Nəzarətin zəifləməsi bir tərəfdən istehsalçıla­rın, xüsusən sənətkarların boş dayanmasına, digər tərəfdən qeydiyyat aparanların fəaliyyətsizliyinə gətirib çı­xarır. Bu da xalqın həyati və sosial mənafelərinin pozulmasına səbəb olur.

İşləməyən sənətkarları o, ölkənin düşmənləri adlandırır. Taxıl əkməyib, məhsul alanlar barəsində məlumatların verilməməsini xalqın ictimai qəzəbinin artmasının səbəni kimi göstərir. Qeyd olunur ki, təsvir olunan problemlər cəmiyyətin kübar hissəsinin mərkəzləşdirilmiş hakimiyyət nümayəndələrinə qarşı çıxmasına səbəb olur.

Sözügedən iqtisadi təlimin ən diqqəti cəlb tərəfi ondan ibarətdir ki, burada iqtisadi sistem və davranışların sosial ədalət aspektlərindən qiymətləndirilməsi mövcuddur. İnstitutlaşmış maraqlarla sosial rifah arasında ziddiyyət məsələləri bir idarəetmə sistemi timsalında təsvir edilir.

Ümumiyyətlə, nisbətən dayaz platformalarda olsa da Qədim Misirin iqtisadi təlimlərində cəmiyyətin ön böyük institutlarının əlində cəmlənən iqtisadi gücün sosial qeyri-bərabərliyin əsas səbəbi kimi qiymətləndirilirməsinin şahidi oluruq. Bu iqtisadi təlimlərdə əsas vurğu sosial ədalət üzərindədir. Bu onu göstərir ki, o dövrün mütəfəkkirləri də iqtisadi sistemin əsas kövrəkliklərini insan problemində, insan haqları platformasında axtarmışlar.

 
Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

 
Ağanemət Ağayev

Thursday, January 24, 2013


About history of differential approaches on theoretical foundations of economics


One of the issues that are timely changeable are approaches on theoretical foundations of economics. Unlike of other fields of sciences, these changes have taken place under the large angle. The historical analyze of economics show that, differential approaches on theoretical foundations of economics not only composed on the new and much developed theories. Most of the time, the new theoretical bases of economics composed on fully negation of previous ones.

The authors that study development issues about history of economics consider that, the main function of history of economics is studying of main principles of economics from historical period’s point of view. It means that, the principle bases of economics are historically changeable.

Historically, the nomination of new principles has served for the development of economic theory as a scientific direction. One of the main issues in this case is that, historically, when the new principles of economic theory have been put forward in, the previous theories did not disappear, has become one of the stages of the history of economics.

Thus, the “map” of economic studies history had been formed. The biggest advantage of the "map" is that, the future direction of economic theory’s development path from the past to the present day can be mind.

Let’s make excursion to the ancient history of the economic theories.

Starting from the first century AD, in Ancient Greece and Ancient Rome, the main productive force of society's development had being touted as the idea of ​​slavery. It was natural, therefore, that in the slave-owning society slaves was one of the main elements of the economic growth, and at that time economic ideas considered that, slave’s labor base for economic growth. The problem does not end there. At that time the economic ideas consider the slavery is not only the base for economic growth, also this is main way for development of society. Of course, this economic idea was the best for the society that, considered the slavery as the best social model.

Let’s look to the essence of that time’s economic ideas from today’s point of view. Terrible, isn’t it?

However, the economic ideas of ancient Greece and ancient Rome were simplistic and wrong, ​​the authors of basic economic theories of that period such as Kotton, Qrakxilin, Varron, Kolumella had been studied the ideas about the cost, profit, price, farming management, agrarian reforms, etc.

This shows that, the description of the basic economic concepts and studying the nature of the relations between them must not the main objective for economics. Still it is one of the starting points. Access to the main objectives of economic theory begins from the question of "how should be", but not "how?"

In other words, if the economic scientists that deal with the theoretical foundations of economics will focus only to the question of “how” the economic theory always will be “halter” for actual social values system. Indeed, the economic studies in the slave-owning societies were.

To be continued...
Aghanemat Aghayev

Wednesday, January 23, 2013


İqtisadiyyatın nəzəri əsaslarına fərqli yanaşmaların tarixi haqqında

Zamana görə dəyişən çoxsaylı məsələlərdən biri də iqtisadiyyatın nəzəri əsaslarına yanaşmalardır. Digər elm sahələrindən fərqli olaraq tarixən bu dəyişmələr daha böyük bucaq altında baş vermişdir. İqtisadi təlimlərin tarixi təhlili göstərir ki, iqtisadiyyatın nəzəri əsaslarına fərqli yanaşmalar təkcə əvvəlki nəzəri baza üzərində yeni, daha təkmil nəzəriyyələrin yaranmasından ibarət olmamışdır. Çox zaman iqtisadiyyatın yeni nəzəri əsasları əvvəlkilərin tamamilə inkarı üzərində qurulmuşdur.

İqtisadi təlimlərin tarixi inkişafı məsələlərini öyrənən müəlliflər iqtisadi nəzəriyyənin əsas prinsiplərinin tarixi inkişafın mərhələləri üzrə öyrənilməsini iqtisadi təlimlər tarixinin başlıca funksiyası hesab edir. Bu onu göstərir ki, iqtisadi nəzəriyyənin prinsipial əsasları tarixən dəyişkəndir.

Zaman-zaman yeni prinsiplərin irəli sürülməsi iqtisadi nəzəriyyənin bir elm istiqaməti kimi inkişafına xidmət etmişdir. Əsas məsələlərdən biri də ondan ibarətdir ki, tarixən yeni iqtisadi nəzəri prinsiplər meydana gəldikcə, irəli sürüldükcə əvvəlki iqtisadi nəzəriyyələr yox olmamış, iqtisadi təlimlər tarixinin mərhələlərindən birinə çevrilmişdir.

Beləliklə, iqtisadi təlimlərin tarixi “xəritə”si formalaşmışdır. Bu “xəritə”nin ən böyük üstünlüyü ondan ibarətdir ki, burada iqtisadi nəzəri təlimlərin keçmişdən bu günə gələn inkişaf yolunun gələcək istiqamətini fəhm etmək olur.

 İqtisadi təlimlərin ən qədim tarixinə qısa ekskursiya edək.

Hələ eramızın birinci minilliyindən başlayaraq IV əsrə qədər Qədim Yunanıstan və Qədim Roma mənbələrində cəmiyyətin inkişafının əsas məhsuldar qüvvəsi kimi qul əməyi ideyası önə çəkilir. Təbiidir, ona görə ki, quldarlıq quruluşuna malik cəmiyyətdə iqtisadi artımın başlıca elementlərindən biri qullar idi və o vaxtkı iqtisadi ideyalar cəmiyyətin ümumi təsərrüfatının böyüməsini qul əməyində görürdü. Məsələ bununla da yekunlaşmır. Dağınıq da olsa o vaxtkı iqtisadi ideyalar cəmiyyətin maddi rifahının təkcə mənbəyini deyil, yüksəlməsini də quldarlığın inkişafında görürüdü. Şübhəsiz ki, bu, quldarlıqdan daha yaxşı modelin mövcudluğunu görə bilməyən cəmiyyət üçün ən yaxşı iqtisadi təlim idi.

Gəlin, o dövrün iqtisadi ideyalarının mahiyyətinə cəmiyyətin bu günkü inkişaf nöqtəsindən baxaq. Dəhşətlidir, deyilmi?

Lakin, qeyd etdiyimiz Qədim Yunanıstan və Qədim Roma iqtisadi ideyaları nə qədər bəsit və ən əsası yanlış olsa da Kotton, Qrakxilin, Varro­n, Kolumella kimi o dövrün iqtisadi-nəzəri ideya müəllifləri bu gün də öz aktuallığını qoruyan dəyər, mənfəət, qiymət, təsərrü­fatın təşkili, aqrar islahatlar və digər məsələlərlə bağlı fikirlər irəli sürmüşlər. Bu, onu göstərir ki, əsas iqtisadi anlayışların təsvir edilməsi, onlar arasında əlaqələrin təbiətinin öyrənilməsinə başlanılması iqtisadi nəzəriyyənin başlıca vəzifəsi deyil, hələ başlanğıc vəzifələrindən biridir.  İqtisadi nəzəriyyənin başlıca vəzifələrinə giriş “necədir?” deyil, “necə olmalıdır?” sualının qoyuluşu ilə başlamalıdır. Yəni, iqtisadiyyatın nəzəri əsaslarının öyrənilməsi ilə məşğul olan elm daşıyıcıları “necədir?” sualında ilişib qalmaqla iqtisadi nəzəriyyəni cəmiyyətin mövcud dəyərlər sisteminin “yedəyinə” çevirmiş olurlar. Necə ki, quldarlıq cəmiyyətinin iqtisadi təlimləri belə idi.

Ardı var...
Ağanemət Ağayev

Tuesday, January 22, 2013

 
Geometrical economic approach: employment

of area approach

 
Summary

a) Purpose: Explanation of alternative estimation method of function’s determinants.

b) Methodology: This method based on new meter under concept of area through geometric theorems. The explanation of the new approach is based on alternative solution of assumed case in the article.

c) Obtained result: Justification of accuracy of the new metric through alternative solution of assumed case.

 
Key words: meter, concept of area, autocorrelation of factors, alternative solution

 
Introduction

This article is about new method (or mew meter) in alternative measuring of function’s determinants estimation. This method allows more precise estimation poly deterministic functions with complex interrelations between the factors. From this point of view, the new meter is useful for economic cases.
 
 

Methodology

Two methods have been used in the paper: traditional – linear average method and new meter – geometrical area method.

 

Content of conditional exercise:

Suppose that, for estimation of social well-being level in the economy have determined five factors with equal significance. The maximum point is 5. The result of conducted survey is:


 
Maximum points
Actual points
Development of family institutions and gender equality
5
4
Income level and income distribution
5
4
Social services and accessibility
5
3
Human rights protection and development of public institutions
5
2
Other factors
5
2


Let’s, estimate the social well-being level:
 

First (traditional variant):

-         maximum 25 points

-         actual = (4+4+3+2+2) = 15

-          result = 15/25= 60%

 
Second variant (new approach):

-         In reality the social well-being level in economy consist n number factors.  At the same time, if the maximum point of each factor is 5, so absolute maximum is equals to area of circle with radius of 5 (Scheme 1). The middle point of that circle is absolute minimum level of social well-being.

 
Scheme 1
  
 
 
 
 
-         Because of n=5 in this case, the maximum level of social well being equals to the area of pentagon (ABCDE) (Scheme 2).

Scheme 2
 
 
 
 
 

-         After adding the actual points on the ABCDE we get new pentagon of A1B1C1D1E1 (Scheme 3):

 
Scheme 3
 
 
 
 
 

-         So, the actual social well-being level in economy equals to the area of A1B1C1D1E1

-         In reality, the actual social well-being level in percentage term equals to comparison of area of A1B1C1D1E1 to the area of ABCDE.

-         By using of “Theorem of Pifagor” comparison of area of A1B1C1D1E1 to the area of ABCDE equals to 36%.

 
So, by new meter, the social well-being level equals to 36%.

Generally, the calculation formula of the new meter is:
 

Content:

 
Maximum point of the factor
Significance of the factor
(∑ = 1)
Actual point
Factor - 1
a
w1
b1
Factor - 2
a
w2
b2
Factor - 3
a
w3
b3
Factor - (n-1)
a
wn-1
bn-1
Factor - n
a
wn
bn

 
The result by actual points (b):
 
b = (b1w1* b2w2 + b2w2* b3w3 +...+ bn-1wn-1* bnwn + bnwn* b1w1) / (a2 (w1w2 + w2w3 +...+ wn-1wn + wnw1))



If the significance of the factors are equal then:
b = (b1b2 + b2b3 +...+ bn-1bn + bnb1) / n*a2
 
The formula shows that, the result directly depends on arrangement of factors (determinants). Because, there are only adjacent factors are multiplied. This does not allow the autocorrelation between all factors (determinants). To avoid this problem we may include sum of factors whish actually related or we may include sum of all factors:
b = 2 (b1w1* b2w2 + b1w1* b3w3 +...+ b1w1* bnwn + b2w2* b3w3+...+ b2w2* bnwn+...+ bn-1wn-1* bnwn) / a2 (n2-n) (w1w2 + w1w3 +...+ w1wn + w2w3+...+ w2wn+...+ wn-1wn)
 
 
Including of only related factors are useful especially in economic cases. 


Aghanemat Aghayev