Monday, May 4, 2015

Kamil insan və kamil davranış (15)

Məhəbbət məktəbi
Bu, həm də Özünütanıma məktəbi adlanır.
Bu məktəbə görə:
-      insanın bütün kamalı üzünü tanımasına əsaslanır.
-      insana olan əsas çağırış budur ki, “özünü tanı!”
Bu çağırışı əslində bütün Peyğəmbərlər etmişlər.
Bu ideyaya Sokratda da rast gəlirik.
İslam peygəmbəri də buyurmuşdur:
-      Kim özünü tanısa Rəbbini tanıyar.
Qandi “Budur mənim dinim” kitabında yazır:
-      Mən Opanişadhanı oxuyanda ömürlük həyat dərsim olan 3 şeyi öyrəndim:
1.  Dünyada yalnız bir həqiqət var və o özünü tanımaqdır.
2.  Özünü tanıyan həm Allahı, həım də başqalarını tanıyacaq.
3.  Özünə hakim olmaq əsl azadlıq və ədalətdir. Özünə hökmranlıq edə bilən, başqalarına da düzgün hökmranlıq edə biləcəkdir.

M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment