Sunday, May 17, 2015

Kamil insan və kamil davranış (19)

“Ağıl məktəbi”nə qiymət
İslama görə, iman və əməl paralel, bərabər dərəcəli olmalıdır.
Digər məktəblərdən fərqli olaraq, imanı əmələ, yaxud əməli imana qurban vermək olmaz.
Bu baxımdan, əksər filosofların “kamil insan” konsepsiyası, əslində “naqis insan” konsepsiyasıdır.
Yəni, onların “kamil insanı”nın yalnız bir tərəfi kamildir.
Bu filosofların “kamil insanı” əslində yalnız “bilik heykəli”dir.
O, yalnız bilir, başqa heç nə.
Bu konsepsiyalara görə, kamil insan hər şeyi yaxşı bilən varlıqdır, vəssalam.
Yəni, şövq, hərarət, məhəbbət, bağlılıq kimi dəyərlər olmasa da kamillik mümkündür.
İslam məktəbi isə bunu inkar edir.
İslama görə, həmin “kamil insan” “bir küncdə oturmuş dünyadır”.
Bu baxımdan o, hərəkətsizdir, naqisdir.


M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment