Wednesday, May 13, 2015

Kamil insan və kamil davranış (18)

“Ağıl məktəbi”nə qiymət
Beləliklə, bu məktəbə görə, insanın mahiyyəti, cövhəri, zatı yalnız onun ağlıdır.
Digər üzvlər (göz, qulaq və s.) və hisslər (xəyal, vahimə və s.) isə yalnız bu mahiyyət üçün vasitələrdir.
Bəli, haqqa iman gətirmək onu tanımaqdır.
Tanımaq ağıl məsələsidir.
Lakin, təkcə haqqı tanımaq iman və kamillik deyil.
Dərk etməklə, tamınaqla iş bitmir.
Kamillik, yəni haqqa iman gətirmək üçün tanımaqla (ağılla) yanaşı ikinci fenomen də vacibdir.
Bu fenomen rəğbətdir, məhəbbətdir.
Deməli, “Ağıl məktəbi”nə görə, kamillik = ağıl (haqqı doğru tanımaq)
İslama görə isə, kamillik = ağıl (haqqı doğru tanımaq) + məhəbbət (haqqı sevmək).
“Ağıl məktəbi” kamilliyə yaxındır, lakin kamil deyil.
İslama görə, “ağıl məktəbi” haqqın yalnız bir üzünü gördüyü üçün kamil deyildir.

M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment