Mənəmliyin dərəcələri
Ümuymilikdə,
İslam əxlaqına görə, insanın əməli, işləri 3 qrupa bölünür:
1. Adi
işlər.
Bu halda
insanın insaniyyəti üzə çıxmır.
Əxlaqi
baxımdan bu, heyvanlar aləminin işi ilə eynidir: yemək, yaşamaq üşün qorunmaq
və s.
2. Əxlaqa
zidd işlər.
Yəni,
heyvani dərəcədən aşağı işlər: zülm etmək, haqqı qəsb etmək və s.
3. Əxlaqi
işlər.
Yəni, heyvani
dərəcədən yuxarı, insani işlər: başqasının ehtiyacını öz ehtiyacından üstün
tutmaq və s.
Mənəmliyin
dərəcələrindən biri insanın özü ətrafında fırlanması, “təvaf” etməsidır.
Bu halda
onun çalışmalarının nədəni özüdür, hərəkətverici qüvvəsi tam olaraq öz maddi
maraqlarıdır.
Əxlaqa
görə, bu, adi işdir.
M.Mütəhhərinin
“Kamil insan” əsərindən istifadə olunmuşdur
No comments:
Post a Comment