Mənəmliyin dərəcələri
Beləliklə,
mənəmliyin birinci dərəcəsi insanın yalnız öz maddi ehtiyaclarına
hədəflənməsidir.
Mənəmliyin
ikinci dərəcəsi isə birinci dərəcədən əlavə olaraq insanın
müəyyən psixoloji düyünlərə, xəstə
xasiyyətlərə hədəflənməsidir.
Bu zaman
fərd öz istəklərinə yönəlməklə yanaşı, həmin faydaların yalnız özünə məxsus
olmasını arzulayır.
Məsələn,
öz ehtiyacları üçün maddi sərvətə sahib olandan sonra, daha çox miqdarda sərvət
sahibi olmağa can atır.
Hətta bir
sıra dünyavi mütəfəkkirlər insanın sərvətə qarşı münasibətində bu xüsusiyyəti
qeyd etmişlər.
Məsələn,
bəzi aforizmlərə görə, sərvət (pul) müəyyən miqdara qədər sərvətdir, ondan
sonra həvəsdir, azartdır.
Yəni, bu
zaman insanın hədəfi maddi ehtiyac yox, ruhi ehtiyacdır.
Bu ruhi
ehtiyac isə, xəstə ruhi halətdir.
Mənəmliyin
ikinci dərəcəsi birinci dərəcəsinə nəzərən daha təsirlidir.
Belə ki,
çox zaman hərislik o qədər güclü olur ki, insan sərvətini hətta öz
ehtiyaclarına xərcləmək istəmir.
M.Mütəhhərinin
“Kamil insan” əsərindən istifadə olunmuşdur
No comments:
Post a Comment