Monday, May 25, 2015

Kamil insan və kamil davranış (22)

Mənəmliyin dərəcələri
Mənəmliyin üçüncü dərəcəsi daha mürəkkəb və maraqlıdır.
Bu, ciddi və dərin ruhi düyündür, xəstəlikdir.
Bu ruhi hal heç bir məntiqə sığmır.
Məsələn, mənəmliyin üçüncü dərəcəsinə aid bariz xasiyyətlərdən biri həsəddir.
Həsədin fəlsəfi mahiyyəti odur ki, fərd başqasının bədbəxtliyini öz xoşbəxtliyindən üstün tutur.
Bu ruhi halət heyvani məxluqlara yaddır.
Bu, yalnız insanın yetə biləcəyi ruhi haldır, ruhi uçurumdur.
Yəni heyvani ruh bu dərəcəyə qədər “inkişaf” edə bilmir.
Məhz, buna görə az da olsa həsədi olan insan heyvandan da rəzil və aşağıdır.
İnsanın ruhi düyünləri müəyyən mənada onun cismanı xəstəlikləri ilə oxşardır.
Belə ki, cismani xəstəliklərin bir qismi aşkar, digəri isə gizli yaşanır.
Ruhi düyünlərin də bir qismi gizli yaşandığı üçün, fərd ondan xəbərsiz olaraq, qəlbini, ruhunu pak hesab edir.

M.Mütəhhərinin “Kamil insan” əsərindən istifadə olunmuşdur

No comments:

Post a Comment